Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2014
13:53
Avtobus sürücülərinə `dur` deyən olacaqmı - FOTO

Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişinlər arasında insident baş verib. 

91 saylı avtobus Biləcəri qəsəbəsindən “Memar Əcəmi” metrosu istiqamətinə gedərkən Beynəlxalq Avtovağzalın ərazisində dayanacaqda dayanmayıb. Sürücü buna səbəb kimi yolun tıxac olmasını göstərib. Sərnişinlər isə buna etirazlarını bildiriblər. Nəticə bir neçə sərnişinlə sürücü arasında dava düşüb.

Əslində bu tipli hadisələr bir çox sərnişin avtobuslarında baş verib. Avtobus sürücüləri çox vaxt dayanacaqlarda saxlamırlar. Bəziləri “düşən var?”, soruşurlar. Çox vaxt da bu zaman problemlər yaranır.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyi isə birmənalıdır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, hər bir halda avtobuslar bütün dayanacaqlarda saxlamalıdır. Əgər hansısa sürücü dayanacaqda saxlamırsa, sərnişinlər bu barədə nazirliyin “qaynar xətti”nə şikayət edə bilərlər.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, belə hadisələr ən çox tıxac vaxtı baş verir.

“Tixac olanda sürücülər qrafikdən kənara çıxırlar. Buna görə onlar dayanacaqlarda saxlamırlar. Bu zaman da narazılıqlar yaranır. Bizim əməkdaşlarımız da reydlər keçirir. Belə neqativ hallarla rastlaşdıqda tədbirlər görülür”, - deyə Elçin Nəsirov bildirib.

Sahibkarlar isə belə halların pik saatlarında, sərnişin sıx olduğu vaxtlarda baş verdiyini bildirirlər. 91 və 92 saylı avtobusların tabe olduğu “3 qardaş” MMC-nin rəhbəri Hacı Mübariz Quliyevin ANS-ə verdiyi məlumata görə, sürücüləri də qınamaq olmaz.

“Kim öz qazancından qalar? Nəqliyyat Nazirliyi dayancaqların siyahısını və yerlərini verirlər. Biz də sürücülərə təlimatlar veririk. Tapşırılır ki, dayanacaqdan kənarda saxlamaq olmaz. Eyni zamanda tapşırılır ki, bütün dayanacaqlarda saxlanılmalıdır”, - deyə Mübariz Quliyev bildirib./ans















Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16303

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14952

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16342

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15950

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21319

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15985
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 15:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru