Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2014
13:01
Yaxın Şərq Rusiyaya qarşı “neft sanksiyalarını” dəstəkləyəcəkmi?

Xam neftin 1 barelinin dünya bazar qiyməti yenidən 82 dollara düşdü. Bazarın təsviri çox sadədir: tələb azalır, bununla yanaşı təklif yüksək olaraq qalmaqdadır. Rusiyanın gözləntiləridən fərqli olaraq Səduyyə Ərəbistanı nəinki neft hasılatını azaltdı, hətta neft ixracında qiymət endirimləri də tətbiq etməyə başladı. Belə ki, sözügedən ölkəni təmsil edən “Saudi Aramco” Asiyaya ixrac etdiyi neftin qiymətində hər barelinə 1 dollar, Birləşmiş Ştatlara göndərdiyi neftə isə analoji olaraq 40 sent güzəşt tətbiq edib.

Başqa tərəfdən, bir müddət öncə 2015-cü il üçün proqnozlarına düzəliş edərək neftin hər barelini 10 dollara aşağı salan “Vest Texas İntermediate” yenidən qara qızılın proqnoz qiymətinə baxmaq niyyətindədir. Benzinin qiyməti isə ABŞ-da 2010-cu ildən sonra ən aşağı səviyyəyə düşüb. 1 qalonu 3.25 dollara təklif edilən ABŞ-da benzinin 1 litrinin qiyməti 80 sentədək azalıb.

Rusiya dünyada ən iri neft istehsalçısı statusunu saxlasa da, dünya bazarındakı sonn dəyişikliklər Şimal qonşumuzun mövqelərinin zəiflədiyindən xəbər verir. Belə ki, gündəlik hasilat Rusiyada 10.9, Sədiyyə Ərəbistanında 9.8, ABŞ-da isə 8.5 milyon bareldir. Bununla yanaşı, Birləşmiş Ştatlar mavi qaz istehsalından gündəlik olaraq 3 milyon barel likvid neft əldə edir. Gündəlik neft idxalını 2007-ci il ilə müqayisədə 8.7 milyon barel azaltmağı bacaran ABŞ artıq hər gün dünya bazarına 400 min barel neft göndərir. Bununla yanaşı, artıq Qərbin müttəfiqinə çevrilmiş Liviyanın gündəlik neft hasilatı 240 mindən 800 min barelədək yüksəlib.

Bütün bunlar təbii ki, dünya neft bazarının ən sadə görünən tərəfləridir. Aydındır ki, şimal qonşumuza tətbiq edilən sanksiyalar fonunda ABŞ Rusiyanın əsas gəlir mənbəyini ciddi şəkildə məhdudlaşdırmağa çalışır. Rusiya üçün neftin dünya bazar qiyməti çox önəmlidir. İxracın 68 faizi neft, neft məhsulları və mavi qaz olan Rusiyada qara qızılın qiyməti hasilatın aparıldığı Sibirdən daha çox Kreml üçün əhəmiyyətlidir. Rusiyanın xaricə göndərdiyi hər 100 dollarlıq məhsulun 54 dolları xam neftdir. Amma neftin dünya bazar qiymətinin formalaşmasında tələb aparıcı olsa da belə Moskvanın zəifləməsi Vaşinqtondan daha çox Ər-Riyaddan asılıdır.

Məsələ ondadır ki, dünya bazarında neftin qiymətinin aşağı salınması üçün “qiyməti döşəməsi” var. Bu isə hasil edilən neftin maya dəyəri və ya xərcidir. Aydındır ki, ağıllı istehsalçı neftin onun xərcindən aşağı qiymətə satıb ziyan əldə etməkdə maraqli olmayacaq. Amma məsələnin digər tərəfi ondadır ki, strateji məhsullarının ixracatında ağıldan daha çox fyuçə müqavilələrinin şərtləri və hasilatın fasiləsizliyi rol oynayır. Bu müqavilələr və anlaşmalar hasilatçı ölkələri hətta maya dəyərindən daha aşağı qiymətə öz məhsullarını satmağa məcbur edə bilər. Hasilatı dayandırmaq və sonradan bərpa etməyin xərclərini hesablamaq isə çox da sadə deyil.

Xam neftin xərc strukturunda birmənalı şəkildə Yaxn Şərqi önə çıxarır: Ərəblərin istehsal etdiyi 1 barel on-şor neftin maya dəyəri 27 dollardır. Of-şor zonda neft hasilatı bu düşərgədə 1 barelinə 41 dollar xərclənir. Sanksiyaların silkələdiyi Rusiyada isə on-şor zonada neft hasilatının hər barelinə 51 dollar xərclənir, dərin su altinda isə hasilat xərci 56 dollaradək yüksəlir. Amerikada isə şeyldə neft hasilatının hər bareli 65, artik neft hasilatı isə 75 dollar tələb edir.

Deməli, mənzərə sadədir: dünya bazarında neftin hər barelinin qiyməti 75 dollardan aşağı düşərsə yeganə “ziyanla işləyən dövlət” ABŞ olacaq. Amma burada ziyan çox nisbidir. Belə ki, ABŞ nefti əsasən daxili istehlak və ehtiyat üçün istehsal edir. Gündəlik cəmi 400 min barel neft ixrac edən Vaşinqton üçün neftin dünya bazar qiymətinin yüksək olması çox da cəlbedici görsənmir.

Başqa tərəfdən, ABŞ hasilatından daha çox idxal edilir. Deməli, yerli istehsaldakı ziyan idxaldakı qəanət hesabına kompensasiya edilə bilir. Aylıq 300 milyon barelə yaxın neft idxal edən ABŞ qara qızılı əsasən Kanada və Səduiyyə Ərəbistanından gətirir: ümumi idaxlda şimal qonşunun payı 18.6, Səduiyyə Ərəbistanın payı isə 12.4 faizdir. ABŞ tələbatını eyni zamanda cənub qonşuları Veneseula və Mexsika ixracı hesabına ödəməyə çalışır: müvafiq olaraq bu ölkələr ABŞ neft idxalının 11.1 və 10.4 faizini təşkil edilər. Deməli, qara qızılın qiymətinin aşağı düşməsi gündəlik 11 milyon bareldən çox neft hasil edən ABŞ-a ciddi təsir göstərmir, əksinə okeanın o tayında ucuz idxaldan faydalana bilirlər. Təbii ki, burada ABŞ həm iqtisadi, həm də siyasi baxımdan kompensasiya etməli olduğu ölkə sadəcə Kanadadır. Vaşinqton Ottova münasibətlərində isə belə gedişlər ciddi müzakirə edilmir və Şimal Amerikada insanlar nadir hallarda mübahisə edirlər.

Bu isə o deməkdir ki, diqqətlər yenidən Ər-Riyada yönəlib. Dünyanın ən böyük neft ixracatçısı olan Səduiyyə Ərəbistanı üçün neftin 1 barelinin 55 dollaradək azalması bu ölkənin mənfəət əldə etməsinə maneə olmur. Təbii ki, neftin hər barelindəki azalma ərəblər üçün daha az “yaşıl kağız” deməkdir: amma artıq ən müasir mühasibat proqramlarının belə çətinliklə hesabladığı Ərəb Sərvəti üçün dövrü gəlir azalması ciddi məsələ deyil. Digər tərəfdən, ABŞ-da 2 trilyondan artıq investitsiyası olan ərəb şeyxləri üçün Vaşinqtonun oyun qaydalarına əməl etmək nəinki siyası, həm də iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, daha çox isti havaya öyrəşmiş Ər-Riyad sakinləri sərin bahar havasını da yaşamaq istəmirlər. Qorxulu bahar havasını adətən Vaşinqtonda sifariş verirlər. Deməli, Vaşinqton Ər-Ryada təsir riçaqları kifayət qədər çox olmaqla yanaşı, ABŞ dünya neft bazarında qaydaları müəyyənləşdirmək üçün privlicə malikdir. Vaşinqtonun bu kontekstdə ərəblər ilə razılağa gələ bilməsi isə Kreml üçün qaranlıq və uzun qış vəd edə bilər.

Bu baxımdan, Vaşinqton-Moskva münasibətlərində gərginlik davam edərsə ABŞ neftin dünya bazar qiymətinin hər barel üçün 60 və hətta 55 dollaradək azaldılmasına nail ola bilər. Bu nə ABŞ, nə də Vaşinqtonun tərəfdaşları üçün ciddi itkilər formalaşdırmır. Eyni zamadan neftin dünya bazar qiymətinin uzun müddət deyil, hətta 6 ay sözügedən aşağı səviyyədə saxlanması Rusiya iqtisadiyyatının ciddi silkələnməsi deməkdir. Vaşinqtonda onu da bilirlər ki, neftin qiymətinin azalmasından bəhrələnən “Pekin Uşaqları” hələ uzun müddət mövcud qlobal oyun qaydalarını pozmayacaqlar. Biznesin, xüsusən də ixracatın artıq siyasəti diqtə etdiyi bu ölkədə heç kimi başını ağrıtmaq istəmir. Neftin qiymətinin sözügedən həddə qədər azalması və ya azaldılması Yaxın Şərq ölkələrinə və eləcə də Səduiyyə Ərəbistanına nəinki itki formalaşdırır, hətta nəqliyyat xərcləri də daxil olmaqla onlara mənfəət əldə etməsini davam etdirməyə imkan verir, əksinə bu Kremli ciddi şəkildə silkələyir. Bu halda Rusiya istehsal etdiyi nefti maya dəyərindən daha ucuz qiymətə satmış olur ki, bu da neft sektorunda başlanan böhranla maliyyə və real sektorda ciddi çaxnaşmalara gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, uzun müddət sosializmi qurmağa uğursuzluqla çalışan Rusiya üçün neftin 1 barelinin qiymətinin 60 dollardan aşağı düşməsi artıq “qırmızı xəttin” keçilməsi deməkdir. Rusiyanın dövlət rezevləri isə bu ölkəni uzun müddət qorumaq imkanına malik deyil. Ümumiyyətlə, əhali və coğrafi baxımdan belə böyük ölkələr üçün rezerv anlayışı əksər hallarda nisbi xarakter daşıyır. Deməli, Moskvanın taleyini Vaşinqtondan daha çox Ər-Riyada da həll edilir. Qərarın isə, deyəsən, Moskva elitası üçün heç də çox ürəkaçan olmadığı görsənir.

Beləliklə, Ukraniya müharibəsindən sonra “sonu görünməyən yolda qaydasız avtomobil idarə etməyə” çalışan Moskva avtomobilinin benzinsiz qalacağından çox ehtiyatlanır. Rusların evində işıq da olmaya bilər: xüsusən də qarşıdan gələn uzun və qaranlıq qış mövsümündə.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67133

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64627

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66400

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65685

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71351

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65542

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
65886
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2021 06:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru