Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Oktyabr

2014
01:25
1159
Azərbaycan millisinin rəhbərliyinə daha bir avropalı gətirilir

Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif alıb.

FaktXəbər-in azerifootball.com-a istinadən məlumatına görə, iddia edilir ki, AFFA 59 yaşlı mütəxəssisə təklif göndərdib.

AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə səfər oyunundakı 0:6 hesablı məğlubiyyətin ardından istefa verən Berti Foqtsa əvəzləyici axtaran assosiasiya Suşiçə 1 ilinə 3 milyon dollar maaş vəd edib. Bu rəqəm isə almaniyalının aldığından da çoxdur.

Lakin 59 yaşlı bosniyalı bu təkliflə razılaşmayıb. Suşiç bunu pul haqda düşünməməsi və 5 ildir ki, çalışdırdığı yığmanın inkişafını fikirləşməsi ilə izah edib.

Etnik türk olan Suşiç uzun müddət "Konyaspor", "Ankaraspor", və "Çaykur Rizespor" kimi türk klublarında işləyib. 2009-cu ildən o öz ölkəsinin yığmasına başçılıq edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru