Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2014
00:30
Şəmkirdə ehsan qalmaqalı: POLİSDƏN QADAĞA!

Şəmkirdə növbəti dəfə ehsan vermək istəyən ailəyə xəbərdarlıq edilib.

Bu barədə Qapanlı sakini Cahangir Məmmədov Axar.az-a bildirib. Onun sözlərinə görə, oktyabrın 19-da polis əməkdaşları onların evinə gələrək ehsan verməməsini istəyiblər.

O, qayınanasının vəfat etdiyini və oktyabrın 20-də üç mərasimi ilə bağlı ehsan süfrəsi açmağa hazırlaşdığını bildirib. C.Məmmədov qeyd edib ki, ehsan süfrəsi təşkil etmək məqsədi ilə 220 kilo ət artıq hazırdır: “Ancaq ehsan verməyə qoymurlar. Polislər həyətə gəldilər. Bizə dedilər ki, ehsanda yemək vermək olmaz. Biz də heyvan kəsmişik, doğramışıq, tədarük görmüşük. Deyirlər ki, belə göstəriş verilib, vəssalam. Mən də bu qadağanın hansı qanunda əksini tapdığını soruşdum. 

Dedilər ki, tapşırıq belədir. Yas məclisində ehsan verməmək rəsmi şəkildə qadağan olunmayıb axı? Sadəcə, məsləhət görülüb ki, israfçılıq etməyin. Polis əməkdaşları isə təkidlə bildirdilər ki, ümumiyyətlə ehsan verməyək”.

Şəmkir sakini rayon icra hakimiyyətinə də müraciət edib: 

“İcra hakimiyyətindən Arzuman müəllimlə əlaqə saxladıq. O da dedi ki, yasda yemək süfrəsi açmaq olmaz. İndi 220 kilo ət meydanda qalıb. Əgər icazə verməsələr, 220 kilo əti camaata paylamalı olacağıq”.

Xatırladaq ki, ehsan verməmək qanunla tənzimlənmir. Hökumət qeyri-rəsmi şəkildə ehsan süfrəsində yemək verilməməsi və çay mərasimi ilə məclisin tamamlanmasını tövsiyə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru