Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2014
10:36
1652
İcra başçısının sürücüsü özünü yandırdı - TƏFƏRRÜAT

Gecə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində sərxoş kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə qəsəbənin 20 yanvar küçəsi, ev 30 ünvanında qeydə alınıb.

Qaradağ rayonu icra hakimiyyətində təsərrüfat işləri üzrə sürücü işləyən 37 yaşlı Qüdrət Mahmudov evə içkili gələrək həyat yoldaşı Cəmalə Mahmudova ilə mübahisə etməyə başlayıb. Daha sonra içkinin təsirindən özündə olmayan Mahmudov yanacağı üstünə tökərək özünü yandırıb.

Səs-küyə gələn qonşular çətinlikə olsa da, Qüdrət Mahmudovun üstünə su tökməklə alovu söndürə biliblər. Yaralı ağır vəziyyətdə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti qeyri-kafidir.

Hadisənin təfərrüatlarını isə Qaradağ rayon prokrorluğunun və polis idarəsinin istintaqçıları araşdırır. Bu məqsədlə əməliyyat-istintaq bədbəxt hadisənin baş verdiyi ünvana da baş çəkib. İlkin araşdırmalar nəticəsində hadisənin ailə-məişət zəmnində baş verdiyi ehtimal olunur. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
39

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
125

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
85

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
31

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
146

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 01:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru