Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2014
09:33
1982
Qarabağ qazisi 2 ay əvvəl hədiyyə olunmuş avtomobilində həlak oldu - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı  və “NazLifan” markalı avtomobillər toqquşub. Güclü zərbədən aşan  “Jeep” markalı avtomobildə yanğın başlayıb. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Nazlifan” markalı minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Abbasova Sevil Hümbət qızı isə hadisə yerində vəfat edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. Xilasedicilər sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:15-də başa çatmışdır.

Məlumata görə, qəza nəticəsində həlak olan Sevil Abbasova Qarabağ əlilidir. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış.

Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri  media işçisi, həmkarımız Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan N. Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
İlkin ehtimala görə, qəzaya "JEEP" markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru