Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2014
09:19
766
Bundestaq Qarabağ münaqişəsi ilə bağlı Berlinə sorğu göndərib

Almaniya Bundestaqındakı Solçular fraksiyasının deputatları Katrin Kunert, Volfgang Gerke, Annette Groth, Heike Haumlnsel, İnge Höger, Andrej Hunko, Mixael Leutert və Stefan Liebich AFR Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər.

Sorğuda bu fraksiyasının mövqeyi olaraq BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa Şurası və digər beynəlxalq təşkilat və institutların qərar və qətnamələrinə əsasən Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qeyd olunur, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal olmuş digər ərazilərə geri qayıtmaq hüququ tanınır.

Solçular, ATƏT-in Minsk qrupunun sözügedən münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə AFR hökumətinin münaqişənin həllinə indiyə qədər verdiyi töhfə və bundan sonra göstərə biləcəyi köməklik, və s. məsələlərə aydınlıq gətirməsini istəyiblər.

Sənəddə, həmçinin Rusiyanın son zamanlar vasitəçilik səylərini artırmasına, eləcə də cari ilin avqust ayında təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının danışıqlar prosesinə təsiri barədə AFR hökumətinin mövqeyi soruşulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
590

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
40

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
33

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru