Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Oktyabr

2014
13:43
1318
Foqts `foks` göstərdi: Azərbaycan Ermənistandan geri qaldı

Avropa futbol çempionatının seçmə mərhələsində üç tur arxada qalıb. Üç turdan sonra müxtəlif qruplarda yer alan 6 ölkə bir xal belə qazanmayıb. Təəssüf ki, qarşısında 0 yazılan ölkələrdən biri də Azərbaycandır. Ən acınacaqlısı odur ki, Azərbaycan bu göstəriciyə görə “cırtdan” dövlətlərlə bir sıradadır. 

İndiyədək keçirdiyi üç oyunda xal qazanmayan komandalar B qrupunda Andorra, D qrupunda Cəbəllütariq,  E qrupunda San Marino,  F qrupunda Farer adaları və H qrupunda mübarizə aparan Malta ilə Azərbaycandır.

Azərbaycan seçmə mərhələnin ilk oyununda Bakıda Bolqarıstan millisinə 1:2 hesabı ilə məğlub olub. Yığmamız son iki oyununu səfərdə keçirib. İtaliyalılara da eyni hesabla uduzmuşuq. Xorvatiyadakı oyun isə darmadağınla (0:6) nəticələnib.

Qeyd edək ki, D qrupunda mübarizə aparan Gürcüstanın 3, İ qrupunda yarışan Ermənistanın isə 1 xalı var. Komandamız hətta ermənilərdən də geridə qalır.

Azərbaycan futboluna rəhbərlik edən Rövnəq Abdullayev isə başabəla alman məşqçi Berti Foqtsla “yola” davam edir.../modern.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 04:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru