Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2014
13:10
Qız qaçırma - Qırğızıstan və Qazaxıstandakı olaylardan FOTO - VİDEO

Qazaxıstandakı qız qaçırma ənənəsi ölkədəki insan haqları müdafiəçilərinin ciddi reaksiyasına səbəb olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan son görüntüdə qaçırılan gənc bir qız məcburən mindirildiyi avtomobildən yenə məcburən endirilir. Qadınların qoluna girərək kürəkən evinə apardığı görüntülərdə qaçırılan qadının qışqırıqlarına əhəmiyyət verilmədən yoluna ağ bir örtük sərilib üzərinə çiçəklər atılır.

Kamera ilə çəkilərək gərdək evinə aparılan qadının çırpıntılarına ətrafındakılar heç əhəmiyyət vermirlər. Ölkədə olduqca qədim olan qız qaçırma ənənəsində kişi tərəfi də başlıq pulu ödəyir.

Qazaxıstan çox məşhur olan qız qaçırma hadisələrinin qarşısını ala bilmir. Əsrlərdir qızları qaçıraraq onlarla evlənmə ənənəsi davam edir. Kişilər hər hansı bir şəkildə tanış olduğu subay qızın başına bir örtük ataraq onu qaçırır. Bu şəkildə yeni evə daşınan qızın geri dönüşü qeyri-mümkün olur.

Qırğızıstanda da qədim bir ənənəyə çevrilən qız qaçırma 1994-cü ildə dövlət tərəfindən sərbəstləşdirilib. Burada gənc kişilər izdiham bir prospekt üzərində avtomobil sürərək gözəl bir gənc qız təyin edir, təyin etdikləri gənc qızı məcburən avtomobilə mindirərək sürətlə evlərinə doğru yol alırlar.

Daha da maraqlı nüans isə bu hadisənin reallaşacağından əvvəldən xəbəri olan ailə lazımlı müdaxilə və mərasimi reallaşdırmaq üzrə hazır gözləyirlər. Gənc qız gələr - gəlməz onu təslim alan ailə dərhal toy hazırlıqlarına başlayır, bu vaxt qızın razılığına əhəmiyyət verilmir.

Gənc qızı qaçıran şəxsin anası evlənmək istəməyən gənc qızı sakitləşdirmək üçün danışmağa çalışır, lakin nəticə əldə edə bilmir.

Qayınananın danışmasından nəticə alınmayanda gənc qızın yaxın yoldaşları dövrəyə girərək razı salmağa çalışırlar, yoldaşları isə bu nöqtədə qıza köməkçi olmaq bir tərəfə, ailə ilə əməkdaşlıq edir.

Bir müddət sonra qaçırıldığı evə çatan gənc qızın böyük qardaşı, bacısının ağladığını və orada qalmaq istəmədiyini, lakin özünün bu olanları uyğun gördüyünü,  buna görə bacısını öz evinə apararaq bir az sakitləşdikdən sonra geri gətirməyi təklif edir.

Geri təslim edilən gənc qız bir xalça üzərinə oturdularaq bir müddət gözlədilir. Qısa müddət içində nikah hazırlıqları görülərək yaxın qohumlar və böyüklər bir yerə toplaşır və mərasim reallaşır. Nikah mərasimindən sonra kürəkən, gəlini öpür. Kürəkənin özündən 13 yaş böyük bacısı isə bütün bu müddət boyunca başı aşağı gəzir və irəlidə özünün bu şəkildə evləndirilməsini istəmir.

Ailənin böyükləri  son sözün onlara aid olmasına baxmayaraq, bu prosesə müdaxilə edə bilmirlər. Özlərinin də qaçırma yolu ilə evləndiklərini, lakin son dövrdə bu üsulun özlərinin istifadə etdiklərindən çox daha fərqli hala gəldiyini ifadə edirlər.

Qırğızıstanın Ombudsmanı Tursunbek Axının açıqladığı məlumatlara görə, bu ölkədə son üç il içində 24 min gəlinin qaçırılması hadisəsi qeydə alınıb. İnsan haqları komissarı deyib ki, qaçırma yolu ilə evlənən cütlərin yarısı evliliyini davam etdirə bilmir.

Qırğızıstanda qədim bir ənənə olan qızların qaçırılaraq zorla evləndirilməsi cinayət hesab olunur. Amma zərər çəkənlər heç bir zaman məhkəməyə müraciət etmirlər .Ölkədə qız qaçırma üçün cəzanın sərtləşdirmə təklifləri də dəfələrlə irəli sürülüb.


Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 20:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktxeber@gmail.com

Valyuta.com