Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Oktyabr

2014
11:46
1658
Foqtsun böyük səbri, yoxsa Terimin qəzəbi…

Ötən gün Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Xorvatiya - Azərbaycan oyunu inanıram ki, uzun zaman azərkeşlərin yaddaşından silinməyəcək. Məsələ məğlubiyyətdən getmir, komanda udar da, uduzar da. Azərkeşlərin gözlərini qələbəyə həsrətdə qoyan komandamızın almaniyalı baş məşqçisi Foqts  oyundan sonrakı açıqlamasında azərkeşlərə elə sillə vurdu ki, altı cavabsız qol təmiz yaddan çıxdı. Ataların sözü lap yerinə düşdü: "Qılınc yarası sağalar, söz yarası sağalmaz." Alman soyuqqanlığını işə salan Foqtsun açıqlamasına baxaq:

“Xorvatiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hesab oyuna görə oldu. Bu gün bir komanda futbol oynadı, digəri isə fiziki baxımdan hazır deyildi. 3 gün ərzində 2 oyun keçirməyə hazır deyilik...” 

Analoqu olmayan açıqlama idi, elə deyilmi?.  Sanki Azərbaycan komandası yeganə komandadır ki, 3 gündə 2 oyun keçirir. Ya bizim başımız futboldan çıxmır, ya da bizi ələ salır. Bu “səmimi” açıqlamadan sonra maraqlı sual yaranır. Foqts əvvəlki komandalarda baş məşqçi olarkən hansı uğurları qazanıb?

2000-2001-ci illərdə "Bayer 04 Leverkusen"in, 2001-2002-ci ildə Küveyt millisinin, 2002-2004-cü illərdə Şotlandiya millisinin, 2007-2008-ci illərdə Nigeriya millisinin baş məşqçisi olub. Berti Foqtsun bu komandalardakı fəaliyyəti uğursuz olub. Çox təəssüf  ki, Vikipediyada Foqts öz uğursuz fəaliyyət siyahısına Azərbaycanın da adını yazdı. 2008-ci ildən indiyə kimi Azərbaycan millisinə başçılıq edən Foqts 7 ildə heç nəyi dəyişə bilmədi, yenə böyük hesablı məğlubiyyət, yenə müdafiə oyunu, yenə, yenə, yenə... 

Dünən Komandamız 6-0 məğlub olanda Foqtsun soyuqqanlığı məni lap təəccübləndirirdi. Sanki istədiyi nəticəni alan baş məşqçi heç zərrə qədər də əsəbi görünmürdü. Türkiyə komandası isə rəqib meydanda bərabər qalsa da, baş məşqçi Fatih Terim qəzəbindən od püskürürdü və bütün səhvləri özündə gördü. Onda beynimə bu fikir gəldi və özümü gülməkdən saxlaya bilmədim. Qəzəbindən paltarını dartışdıran Fatehin naləsi hara, Berti Foqtsun alman soyuqqanlığı hara...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru