Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2014
15:49
ADP-dən hakimiyyətə çağırış: EFFEKTLİ ADDIMLAR ATILSIN

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. FaktXəbər-in məlumatına görə, toplantı iştirakçıları ilk növbədə MDB ölkələrinin Minsk sammitinin nəticələrinə münasibət bildirib və hesab edib ki,  hazırkı beynəlxalq siyasi şəraitdə Azərbaycanın MDB çərçivəsində Rusiya və digər müttəfiq respublikalarla kollektiv əməkdaşlıq səylərini davam etdirməsi məqsədə müvafiqdir.

İdarə Heyəti son vaxtlar Rusiya rəsmilərinin Azərbaycana müəmmalı səfərlərinin intensivləşməsini diqqətlə izlədiyini, bu tip səfərlərin qeyri-şəffaflığından narahatçılığını ifadə edib. Eyni zamanda Rusiya Müdafiə Naziri S.Şoyqunun Azərbaycana gözlənilən səfəri zamanı hakmiyyətin adı çəkilən ölkə ilə hərbi əməkdaşlıq planının vacib məqamlarını dəyərləndirib. İdarə Heyəti bu görüşdə hakimiyyəti Rusiyanın Qarabağın işğal edilməsində və bu problemin bu günədək ədalətli həll edilməməsində Rusiyanın mənfi rolunu, xüsusən Ermənistana təmənnasız hərbi yardım göstərməsinin və Ermənistanla birgə hərbi təlimlərinin Azərbaycanın milli təhlüqkəsizliyini təhdid etdiyini bir daha onun diqqətinə çatdırmağı vacib hesab edir.

İdarə Heyəti Rusiya ilə hərbi əməkdaşlıqla yanaşı qardaş Türkiyə ilə strateji müttəfiqliyi və Avroatlantik məkana inteqrasiyanı nəzərə almağı vacib hesab edib. İdarə Heyəti həmçinin Rusiyanın Xəzərin millitarizasiyası ilə bağlı cəhdlərini pisləyib və hərbi əzələ nümayişi olaraq iki hərbi gəmisinin Azərbaycana göndərilməsini arzuolunmaz hesab edib.

İdarə Heyəti cari ilin 9 aylıq yekununa həsr olunmuş Nazirlər Kabinetinin müşavirəsinin nəticələrini müzakirə edib. Müzakirələrdə neftin dünya bazarında qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi ilə bağlı narahatçılıqlar ifadə olunub, eyni zamanda bu fakt hakimiyyətin qüsurlu neft siyasətinin qaçılmaz nəticəsi hesab edilib. İdarə Heyəti hakimiyyəti təcili olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın qorunması və minimum həddə yaşayan vətəndaşların sosial təminatının gücləndirməsi istiqamətində effektli addımlar atmağa çağırıb.

İdarə Heyəti insan hüquq və azadlıqlarının vəziyyəti və QHT-rə hakimiyyətin münasibəti ilə bağlı beynəlxalq təşkilatların iradlarına qeyri-adekvat mövqe nümayiş etdirməsini müzakirə edib və bu neqativlərin Azərbaycan üçün ciddi beynəlxalq problemlər yaradılacağından narahatlığını bildirib.

İdarə Heyəti oktyabrın 12-də Bakıda keçirilən mitinqi yüksək qiymətləndirib və hakimiyyəti  mitinq iştirakçlarının siyasi məhbuslar, insan hüquq və azadlıqlarının pozulması, korrupsiya, monopoliya siyasəti, vətəndaş cəmiyyəti institutlarının sıxışdırılması, siyasi motivli həbslərə son qoyulması ilə bağlı tələblərini yerinə yetirməyə və əsassız olaraq həbs edilən siyasiləri azad etməyə çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru