Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2014
13:33
Qubad İbadoğlu Müsavatı doğma və qədim partiya hesab edir...

FaktXəbər-in məlumata görə, Müsavat funksioneri Qubad İbadoğlu bu gün 103 yaşı tamam olan müsavatı özünəməxsus şəkildə təbrik edib: "Bu gun Musavat partiyasının doğum günüdür. 1911-ci il oktyabrın 11-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda Müsavat Partiyasının əsası qoyulmuşdur. Azərbaycan xalqının milli-mənəvi ehtiyaclarından yaranan, xalqın mübariz oğul və qızlarının damarlarında yaşayan, qan yaddaşı ilə nəsildən-nəsilə ötürülən Müsavatı əbədiyaşar edən onun türkçülük, müasirlik və islamçılıq kimi dəyərlər üzərində qurulmasıdır. Tarixi və ilahi ədalətin təcəssümü idi ki, 96 il il bundan öncə Azərbaycan xalqının ən cəfakeş, ən vəfadar ziyalıları ilə Şərqdə ilk demokratik çümhuriyyəti məhz Müsavat qurdu! Azərbaycana istiqlalı Müsavat gətirdi, xalqa köləliklə mübarizə ruhunu Müsavat aşıladı. Cümhuriyyətdən sonrakı qırmızı bolşevik terrorunun əsdiyi illərdə Azərbaycanda və ondan kənarda yenə də mübarizənin başında Müsavat durdu.

70 illik sovet cəza maşını müsavatçıları əzdiyini, qırdığını, bu milli məfkurənin kökünü qazıdığını güman etsə də, yanılmışdı.Müsavat Partiyası indi də xalqın güvənc yeridir, demokratik və azad gələcəyə inamıdır. Odur ki, mübarizəmizi Müsavatda davam etdirir, onun güclənməsi üçün çalışırıq. 103 yaşın mubarək olsun, doğma və qədim Partiya! 

Bayramınızı təbrik edirəm, dəyərli və fədəkar müsavatçılar!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
232

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 01:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru