Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2014
15:14
`İŞİD-lə döyüşməzlər`, - demədimmi...

Habertürk qəhetinin yazarı Fateh Altaylı Türkiyə hökumətinin  İŞİD-ə qarşı  vuruşmaqda niyə qərarsız olduğu barədə  maraqlı bir iddia ilə çıxış edib.

Fatih Altaylının «İŞİD-lə vuruşmazlar, demədim?!» başlıqlı məqaləsində deyilir:

Baş nazir nə dedi: «Əsədlə vuruşacağıqsa, Suriyaya girərik». İŞİD-ə qarşı deyil, Əsədə qarşı müharibə elan etməyə hazır bir hökumətimiz var. Yaxşı, bəs mən sizə deməmişdim ki, İŞİD-lə miüharibə etməzlər?! Bu barədə dəfələrlə yazmışdım. «AKP-də İŞİD-i məhəllənin  yaramaz uşağı kimi görənlər var», deyə bildirmişdim. Bu ifadələrimə görə, mənə nə qədər söz gəldi.

Sonra nə yazdım? «İŞİD-ə qarşı döyüşmək üçün  fətva alacaq kimsəni tapa bilmirlər. Müsəlmana silah doğrultmağı qəbul etdirə bilməzlər», dedim mi? Dedim. Bəs sözüm düzmü çıxdı? Vəziyyət bu gün onu göstərir.

İndi də «Əsədə qarşı vuruşacaqsaq», - deyə şərt qoşmalarına səbəb də budur. Çünki  AKP-nin nüvəsinə  ancaq o şərtlə  qəbul etdirə bilərlər Suriyaya girməni. «Bizim uşaqlarla vuruşmağa getmirik. Biz nusayra (məzhəb – red.) Əsədə qarşı əsgər yollayırıq» deyə bilmək üçün».

Orta Şərqdə  hələ də məzhəb düşüncəsi ilə problemi həll edə biləcəklərinəmi yanaq, yoxsa  hələ də məsələni  anlamadıqlarınamı… Sözün doğrusu, bizim tək-ğək yanmağımıza da gərək yoxdur. Məmləkətimiz onsuz da yanır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru