Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2014
12:20
Vaqif Əsədov: Evakuatorların qanunu pozmalarına icazə var

"Evakuatorlar da mayak və qırpıcılardan, yəni sarı işıqlardan istifadə edirsə, eyni zamanda əks istiqamətdə hərəkətin zərurəti yaranırsa bu, təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlardandır". Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov 107.7 “AvtoFM”-də yayımlanan “Dispetçer” verilişində dinləyicinin “evakuatorların yolun əks istiqamətində hərəkət etməsinə icazə varmı?”sualına cavab olaraq bildirib.

BŞDYPİ-nin şöbə rəisinin sözlərinə görə, evakuator avtonəqliyyat vasitəsini götürmək üçün zərurət yarandığı halda qarşı yola çıxıb xəta törədə bilər. Yol hərəkətinin qanuni tələbinə əsasən yol hərəkətinin üstünlüyə malik olan avtonəqliyyat vasitələri var ki, evakuatorlar da bu qrupa aid olan nəqliyyat vasitəsi hesab olunur. Evakuatorlar da mayak və qırpıcılardan,yəni sarı işıqlardan istifadə edirsə, eyni zamanda əks istiqamətdə hərəkətin zərurəti yaranırsa bu, təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlardandır. Bu gün biz onların vasitəsilə yolların daralmasının qarşısını alırıq.

Bundan başqa, polkovnik Vaqif Əsədov radio dinləyicisinin qanunu pozan sürücülərlə bağlı görüntülərinin yayılmasının təklifinə cavab olaraq bildirib: “İctimai qınaq metodlarından istifadə yolda sürücülərin mədəniyyət səviyyəsinin yüksəlməsinə təsir edir. Lakin bəzi hallarda qanunu pozan sürücüləri ictimai qınağa çəkmək üçün nümayiş etdirdiyimiz görüntülər xoşagəlməz nəticələrə gətirib çıxarır.  Bakı şəhəri ərazisində quraşdırılan müşahidə kameraları vasitəsi ilə, kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilib məsuliyyətə cəlb olunur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Yol Hərəkəti Haqqında” Qanununda operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər hesab olnur.Oxu.Az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43381

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41658

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42772

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48289

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 17:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru