Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2014
10:33
Bakıda keçirilən bal yarmarkasında dava düşdü – VİDEO

Bakıda keçirilən ənənəvi bal yarmarkasında dava düşüb.

Buna səbəb yarmarkaya Qırxıstandan arıçıların qatılması olub.

Məlumata görə, yerli əhalinin qırğızıstanlı fermerlərin alıcılara təklif etdiyi bala üstünlük verməsi azərbaycanlı arıçıların kəskin etirazına səbəb olub. Onlar Qırğızıstandan gələn arıçıların üstünə hücum çəkib.

Bu zaman təhlükəsizlik əməkdaşları aqressiv kütləni sakitləşdirməyə çalışıb. Yerli fermerlər etiraz əlaməti olaraq təşkilatçıları fitə basıb.

Nürəddin adlı fermer “Brifinq”in yarmarkada olan əməkdaşına bildirib ki, Qırğızıstandan gətirilən məhsul keyfiyyətsizdir və əhalini aldadırlar:

“Onlar öz məhsullarını “kraska” qabında satırlar. Keyfiyyətsiz bal satırlar. Bu yarmarka azərbaycanlı fermerlər üçün təşkil olunub. Qırğızıstan balının bu yarmarkada nə işi var!?”

Qeyd edək ki, oktyabrın 1-dən Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən 13-cü bal sərgi-satış yarmarkası işə başlayıb. Yarmarka oktyabrın 31-dək davam edəcək.

Bu il yarmarkada Azərbaycanın 40 regionundan, Naxçıvan MR və Qırğızıstandan 438 arıçı iştirak edib. Bu sərgidə 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 150 kq vərəmum və 5 kq arı südü satışa çıxarılıb./oxu.az

Yarmarkada baş verən qarşıdurmanın görüntülərini təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN və Baş Prokurorluq birgə məlumat yayıb

29

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
240

Yanvarın 30-na manatın məzənnəsi

29

Yanvar
17:30
İQTİSADİYYAT
239

NATO təlimçiləri Azərbaycana gəlib

29

Yanvar
16:15
HƏRB
243

Azərbaycan qızıl ixracını ötən il 46% artırıb

29

Yanvar
14:19
İQTİSADİYYAT
238
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 19:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru