Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2014
13:13
Polis xəbərdarlıq etdi: `tormoz`dan istifadə etməyin

Sabah Azərbaycanda rəsmi iş günlərinin başlaması ilə əlaqədar yol polisi sürücülərə xəbərdarlıq edib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, sürücülər bacardıqları qədər səbrli olmalıdırlar.

“Lazımsız yerlərdə siqnallardan istifadə etmək olmaz. Sürət həddini keçmək böyük faciəyə gətirib çıxara bilər. Yolarda lazımsız yerə ötmə əməliyyatları keçirməsinlər. Xüsusən yağışlı havada diqqətli olsunlar. Yolda hərəkət edərkən suyu, palçığı piyadaların üstünə sıçratmasınlar. Qəfil əyləcdən istifadə etməsinlər”, - deyə Vaqif Əsədov bildirib.

Yol polisionu da əlavə edib ki, məktəblərin başlaması ilə əlaqədar yaradılan süni tıxacın da qarşısını almaq sürücülərin əlindədir: “Çalışıb təhsil müəssisələrinin qarşısında avtomobil saxlamaq olmaz. Məktəb qarşısında 5 dəqiqə maşın saxlamaqla, böyük tıxaca səbəb ola bilər”.

Vaqif Əsədov sürücülərə qış mövsümünün gəlişilə əlaqədar da xəbərdarlıq etməyi unutmayıb. Onun sözlərinə görə sürücülər qışa hazır olmalıdırlar: “Avtomobillərin təkərləri yenilənməlidir. Avtomobildəki nasazlıqlıqlar aradan qaldırılmalıdır. Maşınlaırn şüşə silənləri təmizlənməlidir”./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3496

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Şərhlər
Xeyyam Mehdiyev tərəfindən 08-10-2014 04:01:59 tarixində yazıldı
tormoz
Rucunoy cekey
Akif Eyyubi tərəfindən 08-10-2014 04:03:10 tarixində yazıldı
polis
Indiki shoferler bele sheyleri cetin anlayalar
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru