Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2014
17:21
Polisdən Cəmil Həsənlinin qızı ilə bağlı açıqlama

“Cəmil Həsənlinin qızının adam vurması ilə bağlı məndə hazırda məlumat yoxdur. Amma bunu istisna da etmirəm”.

Bu sözləri Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günelin avtomobillə 86 yaşlı xanımı vurması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Qurum rəsmisi hadisəni istisna etməyib:

“Gün ərzində paytaxt ərazisində 8-10 qəza hadisəsi baş verir. Təbii ki, kimin kim olduğunu və hansı səlahiyyət daşıdığını incələmirik ki, yadda da qalsın. Bu gün beynəlxalq tədbir olan Bakı Beynəlxalq Humanitar Forumuna görə gücləndirilmiş iş rejimi ilə çalışırıq. Bu səbəbdən hadisəni dəqiqləşdirmək və mətbuata açıqlamaq imkanım xaricindədir”.

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günelin 10 gün əvvəl Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsində idarə etdiyi “Kia” markalı 90 VL 983 nömrəli avtomobili ilə 86 yaşlı qadını vurduğu barədə xəbər yayılıb. 

İddiaya görə, xəsarətlə alan yaşlı xanımı xəstəxanaya çatdıran sürücü qəzanı polisdən gizlətməyə çalışıb. 

Professor Cəmil Həsənli "Hafta.az"a verdiyi açıqlamada yayılan xəbəri yalan adlandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru