Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2014
15:47
1447
Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri faciəvi şəkildə öldü

Qazaxıstan Azərbaycanlıları İttifaqı sədrinin Şərqi Qazaxıstan üzrə müavini Qalib Məmmədov dünən Pavlodar şəhərində avtomobil qəzası keçirərək, 56 yaşında dünyasını dəyişib.

Qazaxıstan Azərbaycanlıları İttifaqının sədri Vidadi Salahov bildirib ki, Qalib Məmmədov Azərbaycan diasporunun formalaşması və təkmilləşməsində, Azərbaycan həqiqətlərinin yayılmasında çox böyük işlər görmüşdü.

“Ürəyi hər zaman Azərbaycan eşqi və məhəbbəti ilə dolu bir diaspor nümayəndəsini itirmək Qazaxıstan Azərbaycanlıları üçün böyük itkidir”.

Mərhumun nəşi bu gün Astanadan Bakıya gətiriləcək. O, sabah doğulduğu Biləsuvar rayonunda dəfn olunacaq.Modern.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 18:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com