Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Oktyabr

2014
18:28
1870
`Hafka` “Nikoil” banka krediti qaytaracağına söz verib

Azərbaycanda “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov oğlu üçün aldığı, ancaq girov saxlanılan evin kredit borclarının bir hissəsini ödəməyə söz verib.

Hafiz Məmmədovun oğlunun evi girovda olduğu üçün bank işçiləri məhkəmə icraçıları ilə evin qarşısına gələrək evi boşaltmağa cəhd ediblər. 

SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bankdan bilidiriblər ki, iş adamı evini girovdan qurtarmaq üçün kreditin digər hissəsini qaytaracağına söz verdiyindən proses yarımçıq saxlanıb.

Son məlumata görə, hazırda “Nikoil” bankda bununla bağlı keçirilən müşavirədə biznesmenin verdiyi söz müzakirə olunur. "Hafka"yla bağlı hansı addımların atılacağı müzakirələrdən sonra bilinəcək.

Xatırladaq ki, Hafiz Məmmədovun oğlu üçün yeni aldığı ev “Nikoil” bankda digər müştəri tərəfindən girovda olub. İş adamı isə evi ondan alsa da, bankın borcunu ödəməyib. Dünəndən etibarən Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə, evi boşaltmağa çalışırlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 06:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber[email protected]


Valyuta.com


Рейтинг@Mail.ru