Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Oktyabr

2014
17:01
1056
YAP-dan Milli Şuranın mitinq qərarına reaksiya

Siyavuş Novruzov: “Maksimum 50 nəfərlik piket keçirə bilərlər”

“Milli Şura gündəmə gəlmək üçün belə qərarlar qəbul edir, halbuki özləri də yaxşı bilirlər ki, 3-5 adamlıq mitinqlə heç nə edə bilməzlər”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqi şərh edərkən deyib.

Onun sözlərinə görə, Milli Şura heç bir fəaliyyəti olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən ölü bir qurumdur: “Hazırda bu təşkilatın bircə adı qalıb, üzvləri hər keçən gün buranı tərk edir. Onlar kiminlə mitinq edəcəklər? Bir Cəmil Həsənlidir, o da özü çıxıb danışacaq”.

S. Novruzov Milli Şuranın seçki vaxtı keçirdiyi mitinqləri xatırladaraq deyib ki, onda guya bu qurumun güclü vaxtları idi.

“Guya bir neçə təşkilatı özündə birləşdirən müxalifətin əsas mərkəzi idi. Amma mitinqlərdə onların nəyə qadir olduğunu hər kəs gördü. 15-20 təşkilatın birgə mitinqində iştirakçıların sayı 500 nəfəri keçmirdi. İndi nə qədər adam qatılacaq? Maksimum 50 nəfərlik piket keçirə bilərlər”, - deyə YAP rəsmisi qeyd edib.

S. Novruzov əlavə edib ki, Azərbaycanda mitinq əhvali-ruhiyyəsi yoxdur. Onun sözlərinə görə, bu gün heç kim öz dəyərli vaxtını belə boş mitinqlərə sərf etməz: “Çünki insanlar kimin kim olduğunu yaxşı bilir, bu hökuməti də, bu iqtidarı da tanıyır. Bunu mitinq keçirmək istəyənlər də yaxşı bilirlər. Amma onların məqsədi mitinq keçirdib nəsə demək yox, sadəcə, xarici sifarişləri yerinə yetirməkdir. Yaxud da xaricə “biz də varıq” deyə özlərini göstərirlər”.

YAP rəsmisi Milli Şuranın təyin etdiyi mitinqdən danışıb vaxt itirməyin də mənasız olduğunu bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 23:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru