Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2014
16:37
910
Bakıda taksi sürücüsü jurnalist xanıma hücum çəkdi

Azərbaycanın əməkdar jurnalisti, "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru Tatyana Çaladze hücuma məruz qalıb.

Hadisə sentyabrın 26-dan 27-ə keçən gecə baş verib. Jurnalistin dediyinə görə, Bakıdakı "London taksisi"nin sürücüsü ona hücum edib: ""Nizami" kinoteatrının qarşısındakı redaksiyamızdan çıxırdım. Taksi saxlayıb ünvanımı söylədim. Evə çatanda taksi sürücüsü kobud şəkildə məndən artıq pul tələb etməyə başladı. Həmin məbləğ nə sayğacda göstərilirdi, nə də ki üzərimdə o qədər pul yox idi. Pulu verməkdən imtina edəndə o, sükanı Suraxanı istiqamətinə çevirdi. Yol boyu mənə hədə-qorxu gəlməyə başladı.

Qapıdan çıxmaq mümkünsüz idi. Çünki qapılar bloklanmışdı. Pəncərəni sındırmaq istədim ki, yardım çağırım.

Xoşbəxtlikdən həmin vaxt yanımızdan yol patrul xidməti əməkdaşı keçirdi. Onlar taksinin salonunda nəyinsə qaydasında olmadığını hiss etdilər və sürücüyə dərhal saxlamaq göstərişi verdilər. Mənim izahatımı dinlədikdən sonra hər ikimizi Xətai rayonu, 36-cı polis bölməsinə apardılar. Orada mən ərizə yazdım".

Jurnalist xanım stressli vəziyyətə baxmayaraq, həmin taksinin dölət qeydiyyat nömrəs nişanını da yadda saxlayıb - 90 АТ 022. Xətai rayonu, 36-cı polis bölməsindən isə bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır./vesti.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
43

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1078

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
422

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 14:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru