Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2014
14:47
4484
Lökbatandakı ağır qəzadan görüntülər (VİDEO)

Dünən ölkə boyu yağan güclü yağış yollarda qəza hadisələrinin sayını artırıb. Belə ki, yolun sürüşkən olması nəticəsində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili yolun kənarındakı ağaca vurub. B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində öüb, özü isə xəstəxanaya yerləşdirilib. 

 

Başqa bir hadisə isə Qaradağ rayonu ərazisində qeydə alınıb. FaktXəbər-in məlumatına görə, Lökbatan dairəsinin üstündəki körpüdə ağır qəza olub. Körpünün qoruyucu sədləri qəzanın daha da böyüməsinin qarşısını alıb.

Ümumilikdə isə dünən respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com