Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2014
11:37
Yol Polisi xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun bildirdiyinə görə, hazırda qarşıdan gələn Qurban bayramı münasibətilə bölgələrdən paytaxt istiqamətində Qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların daşınması və onların satılmasına başlanılıb.

Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda zəruri təhlükəsizlik tədbirləri görülür: “Belə ki, heyvanların paytaxtın inzibati ərazisinə düşən bir sıra küçə və prospektlərdə yolun hərəkət hissəsində, eləcə də yolların kəsişməsinə yaxın məsafədə satılması faktları müşahidə edilir. Bu isə həmin ərazilərdə avtomobillərin normal hərəkətinə maneçilik yaradır ki, bu da yolverilməzdir. Bu, həm də əhali arasında da müəyyən narazılıq yaradır”.

Bölmə rəisi qeyd edib ki, qurbanlıq heyvanların satışı qapalı şəraitdə və bunun üçün rəsmi orqanlar tərəfindən xüsusi icazə verilmiş yerlərdə aparılmalıdır: “Bir daha həm heyvanların satışını təşkil edən şəxslərdən, həm də sürücülərdən xahiş edirik ki, bu işi qanunvericilik çərçivəsində görsünlər, heyvanların satışını digər hərəkət iştirakçılarına maneə yaranmayan yerlərdə aparsınlar. Biz də başa düşürük ki, bayramdır və bayrama hazırlıq da aparılmalıdır. Amma bu o demək deyil ki, kimlərsə insanların hərəkətinə süni maneə yaratmalıdır. Ona görə də həmin şəxslərdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər, heyvanların alış-verişini tam kənarda, qapalı şəraitdə, qanunla icazə verilmiş yerlərdə və formada təşkil etsinlər, yol polisi tərəfindən hər hansı zəruri cəza tədbirlərinin görülməsinə şərait yaratmasınlar”.

V.Əsədov qurbanlıq heyvanların alışı üçün gedən vətəndaşlara da xəbərdarlıq edib: “Əhali bilməlidir ki, qurbanlıq heyvanların alınması üçün gedərkən həmin ərazilərdə avtomobillərin sıx cərgələnməsi, tıxaclar və hətta yol qəzaları yaşana bilər. Bütün bunları nəzərə alaraq həmin istiqamətlərdə gedərkən diqqətli olmalı, nizam-intizama, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Əks halda bayram günləri olmasına baxmayaraq və kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan bütün şəxslər, insanların hərəkətinə süni maneçilik yaradanlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcəklər”.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-də qeyd ediləcək./Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47820

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45901

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47519

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47121

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52696

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46752

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47199
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 07:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru