Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2014
18:31
Yol polisi “qan karvanı” ilə bağlı əhaliyə müraciət etdi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda toy karvanı “qan karvanı”na dönüb. Baş verən yol qəzasında 9 nəfər ölüb.

Bunu Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Hadisə bu gün Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Qəza həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları müşayiət edən avtomobil karvanında baş verib. Hadisəyə səbəb toy karvanındakı avtomobillərdən birində gənclərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub. Qəza nəticəsində 9 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

K.Əliyev toy karvanlarında belə hadisələrin artıq nadir hal olmadığını deyərək əhaliyə müraciət edib: “Əgər gənclər spirtli içki qəbul edir və toy karvanında qəzaya meylli manevrlər edirlərsə, onda bəs ağsaqqallar hara baxırlar? Niyə onlar öz tövsiyələrini vermirlər? Biz bu qədər maarifləndirmə işləri aparırıq. Niyə onlara məhəl qoyulmur? Axı adətimizə görə toy gənclərin sevinc, şad günüdür, matəm və qırğın günü yox”.

Şöbə rəisi bir daha avtomobil sürücülərinə toy karvanında hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3458

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru