Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2014
10:35
Yeni radar SMS yazan sürücüləri polisə nişan verəcək

ABŞ-ın “ComSonics” şirkəti polislərə uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək qurğu yaradıb. Bu barədə “The Daily Mail” nəşri məlumat verib.

Qurğu xarici görünüşünə görə adi radardan seçilmir və onun iş prinsipi çətin deyil: cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir və bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır.

Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i məhz kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək. Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir. Xatırladaq ki, alimlər sübut ediblər ki, avtomobili idarə edərkən SMS bildirişin yazılması reaksiyanı xeyli zəiflədir, eləcə də yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırır, - “Vokruq Sveta” yazır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3771

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2754

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2182

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 10:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru