Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2014
17:34
4443
Amerikanın çirkin QARABAĞ PLANI!
Ceyms Uorlik: “Xankəndinin də mövqeyi nəzərə alınmalıdır”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistana səfər çərçivəsində bu ölkənin prezidenti və xarici işlər naziri Edvard Naalbandyanla görüşüb. Erməni KİV-lərin məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin vəziyyəti və perspektivləri barədə söhbət aparılıb. Həmçinin, bu yaxınlarda Ermənistan və Azərbaycan prezidentləri ilə  ABŞ katibi Con Kerri arasındakı üçtərəfli görüşü ilə bağlı da fikir mübadiləsi olub.

Qarabağ münaqişəsinin nizamlanması üzrə gedən prosesinin intensivliyinə nəzər salsaq görərik ki, artıq Qarabağ probleminin həllində aparılan danışıqlarda rəsmi Moskva münaqişə tərəfləri ilə danışıqları təkbaşına aparmaq istəyir. Bunu həm Ermənistan, həm də Azərbaycan siyasətçiləri təsdiq edir.  

Məsələn, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirovun sözlərinə diqqət edək: “Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla keçirilən üçtərəfli görüşdə ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri iştirak etməyib. Analoji olaraq ABŞ-ın təşkil etdiyi görüşlərdə isə Rusiya və Fransa nümayəndələri iştirak etmir. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında qarşıdurma göstəricisidir. Xüsusi ilə də Ukraynadakı hadisələrdən sonra bu qarşıdurma daha da dərinləşib”.

Həmçinin “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirir ki, Rusiya Qarabağ məsələsində həmişə təkbaşına vasitəçilik etmək istəyib. Onun sözlərinə görə, Uelsdə Kerrinin vasitəçiliyi ilə keçirilən görüş, ABŞ-dan rəsmi Moskva üçün bir işarədir ki, Kreml Qarabağ münaqişəsinin həllini yalnız öz üzərinə götürə bilməz.

Görəsən, oktyabr ayında Parisdə keçiriləcək görüşdə (qeyd edək ki, qərb ekspertləri bu görüşə böyük ümidlər bəsləyir) Azərbaycan və Ermənistan prezidentləri nədən danışacaq?

Məsələ heç də sevindirici deyil. Çünki bu yaxınlarda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri sensasion bəyanatla çıxış edib. Onun fikrincə, Dağlıq Qarabağ ilə bağlı danışıqları başqa bir formatda aparmağın vaxtı gəlib çatıb. Uorlik bildirib ki, danışıqlar prosesinə Xankəndi də qoşulmalıdır. Həmçinin o, oktyabr ayında Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərin görüşü haqda heç bir proqnoz vermək istəmədiyini bildirib. Uorlik öz sensasion çıxışını belə davam etdirib: “Xankəndinin danışıqlar prosesində iştirakı konfliktologiya qanunlarına tam uyğundur. Biz hesab edirik ki, dünya ictimaiyyəti Qarabağ hakimiyyətinin səsini eşitməlidir. Xankəndinin də mövqeyi nəzərə alınmalıdır. Bundan əlavə, Xankəndində ATƏT-in Minsk Qrupunun rəsmi nümayəndəliyi və yerli hava limanı açılmalıdır. Və ən əsası, biz Baki-Xankəndi-Yerevan üçtərəfli danışıq formatı ilə bağlı işlər görməliyik”.

Uorlikin bu sensasion bəyanatı onu bildirir ki, ABŞ Qarabağla bağlı danışıqlar formatını köklü şəkildə dəyişdirmək istəyir. De-fakto olaraq Ağ Ev Azərbaycanı Qarabağın müstəqilliyinin tanınmasına doğru çəkir. Rəsmi Moskva isə hələ ki, ATƏT-in Minsk qrupunun nəzərdə tutduğu yeni danışıqlar formatı ilə bağlı öz mövqeyini bildirməyib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
608

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru