Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2014
15:30
Bakı metrosunda liftlər quraşdırılacaq

“Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi” paytaxtda metro xətlərinin genişləndirilməsini, əsaslı təmir olunmasını,  o cümlədən mövcud xətlərdə də yeniliklərin həyata keçirilməsini nəzərdə tutur.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda istismarda olan stansiyalarla bağlı yeniliklərdən biri çıxışı ancaq pilləkənlərdən ibarət olan stansiyalarda eskalatorların əlavə olunması ilə bağlıdır.

N. Paşayevin sözlərinə görə, metronun “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, habelə “Gənclik” stansiyalarında çıxış üçün ancaq pilləkənlər var.

“İnsanların, xüsusilə də fiziki imkanları məhdud olanların hərəkətini asanlaşdırmaq üçün bu stansiyalara eskalatorlar, hətta liftlər də quraşdırmaq olar. Hazırda bu məsələlərin üzərində iş gedir. Müvafiq şirkətlərlə danışıqlar aparılır”, - deyə o əlavə edib.APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
300

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
305

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
372

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
317

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
375

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 19:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru