Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2014
09:43
“Sovetski” sakinlərinin fəryadı: “Bizi məcbur edirlər...”

"Kommunal xidmətlərin verilməsində problem yaradılıb, suyumuz tamam kəsilib, telefon xətti işləmir. Evimiz qəzalı vəziyyətə salınıb. Bizə təzyiq göstərirlər ki, mənzilimizi tərk edək. Təklif olunan kompensasiya ilə mənzil almaq mümkünsüz olduğundan  Prezident Administrasiyasına şikayət etməyə gəldik. Ancaq bizi qəbul edən olmadı". Bu sözləri "Bizim Yol" qəzetinin əməkdaşına 6 ailənin adından Nəriman Nərimanov 68 ünvanında yaşayan Seyidəmirova Mədinə Məmmədəli qızı bildirdi. 

O deyir ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən "Sovetski" məhəlləsində aparılan söküntülər zamanı onun mənzilinə zərər dəyib: "Bizi mənzilimizi tərk etmək məcburiyyətində qoyublar. Haqqımızı vermirlər. Belə ki, əmlakımızın sahəsi mülkiyyət kağızında ("kupça"da) 67 kvadratmetr göstərilib. Məmurlar deyirlər ki, yaşadığımız mənzilin sahəsi 25 kvadratmetr olduğuna görə bizə 40 min manat kompensasiya verəcəklər. Amma alqı-satqı müqaviləsində mənzilimizin sahəsi "kupça"da yazıldığı kimi qeyd olunur. Deməli, bizim haqqımızı yeyirlər. Bu evdə 6 ailə başçısı, 22 ailə üzvü var. Bizə təklif olunan kompensasiyanın miqdarında daşınmaz əmlak bazarında mənzil yoxdur. 40 min manat kompensasiya ilə 6 ailəni mənzillə təmin etmək mümkünsüzdür". 

Şikayətçi deyir ki, Prezident Administrasiyasına gəlməmişdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin qəbulunda olublar: "Biz ona problemimizi dedik. İcra başçısı dedi ki, problemimizi Köçürmə Komissiyasının rəhbəri Səməd Seyidova deyək. Onunla görüşdük. S.Seyidov bildirdi ki, kompensasiyanın miqdarı artırılmayacaq. Köçürülmə məsələsi ilə bağlı Maliyyə Nazirliyinin nümayəndəsi Cavanşir adlı şəxslə görüşdük. O da bizə eyni sözləri dedi. Məcburiyyətdən dövlət başçısına şikayət etməyə gəldik".

Mədinə Seyidəmirova bildirir ki, Prezident Administrasiyasının Qəbul Otağından onlara oktyabrın 14-də gəlməyi təklif ediblər: "Bizi qəbul edib, şikayətimizi dinləyən olmadı. Dedilər ki, gələn ay gələk, bizi Prezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qəbul edəcək".

Şikayətçinin sözlərinə görə, Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Yusif Əhmədov onlarla kobud davranır: "Onun qəbulunda olduq. Y.Əhmədov şikayətimizi dinləyərkən bizə hörmətsizlik etdi. Biz hesab edirik ki, mənzilimizin sahəsi "kupça"ya uyğun yazılmadığına görə o təqsirkardır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
131

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
415

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
275

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
361

AMB-nin valyuta məzənnələri

19

Aprel
09:10
İQTİSADİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru