Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2014
16:12
1362
Ədalət Partiyası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı

FaktXəbər-in verdiyi məlumata görə, Ədalət Partiyası Qarabağ münaqişəsinin həllinin ikili standartlardan istifadə edərək bu günə qədər uzadılmasına və həllinin gecikdirilməsinə dair bəyanat yayıb.

Ədalət Partiyası son 20 ildə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ məsələsinin həllinə dair öz mövqeyini ölkə ictimaiyyətinə və beynəlxalq təşkilatlara bir daha çatdırmaq istəyir. Artıq iyirmi beş ildən çoxdur ki, “Qarabağ” sözü dünya mətbuatının səhiflərini, siyasi və humanitar təşkilatların gündəliyini tərk etmir – 1988-ci ildə Ermənistan və onun himayədarları tərəfindən başlanan Qarabağ münaqişəsi öz həllini hələ də tapmamış qalır. Və bundan ən çox əzab çəkən yüzminlərlə sadə insan, işğal nəticəsində cansız biyabana dönmüş bir vaxt çiçəklənən torpaqdır.

İşğalçı siyasətin nəticələri

Dünya ictimaiyyəti bilməlidir ki, Qarabağ məsələsi ermənilərin azərbaycan, türk və gürcü torpaqlarına dair ərazi iddialarının çoxəsrli “Böyük Ermənistan” dövlətinin yaradılmasına yönəlmiş  strateji planın tərkib hissəsidir. XIX-cu əsrin əvvəllərindən başlayaraq, erməni işğalçılarının ərazi hədəfi olaraq Qarabağ seçilmişdir. Rusiya imperiyası tərəfindən erməni əhalisinin Türkiyə və İran ərazilərindən kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində qədim Azərbaycan torpaqlarında onların sayı intensiv şəkildə artmağa başladı. Məhz bu siyasət millətlərarası harmoniya və ölkənin ərazi bütövlüyü ilə bağlı  problemlərin təməlini qoymuş, bölgədə hal-hazırda hökm sürən hərbi-siyasi gərginliyə gətirib çıxarmışdır.

Sovet hakimiyyəti dönəmində ermənilər həmişə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsinə dair bir neçə cəhdlər etmiş, hətta Stalinin köməyi ilə bölgənin dağlıq və aran hissələrə bölünməsinə, dağlıq hissədə muxtar qurumun – Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılmasına nail olmuşlar. Bütün sovet dövrü boyu, Azərbaycan dövlətinin tərkib hissəsi olaraq, DQMV, respublikanın digər bölgələri ilə bərabər səviyyədə həm sosial-iqtisadi, həm mədəniyyət sahələrində uğurla inkişaf etmiş, bir çox göstəriciyə görə hətta Ermənistanın özünü belə qabaqlamışdır. Buna baxmayaraq, erməni millətçiləri öz separatçı planlarından əl çəkməmiş, SSRİ-nin zəifləməsi fonunda onların məkrli istəkləri daha qabarıq şəkildə üzə çıxmışdır. 80-ci illərin sonunda Ermənistan və DQMV-nin şovinist dairələri Dağlıq Qarabağın Azrbaycandan qoparılmasna dair bir sıra hiyləgər hərəkətlərin təşəbbüskarı olmuşdur. Ələlxüsus, bu hərəkətlər sovet hakimiyyətinin başçılığına ermənipərəst Mixail Qorbaçovun gəlişindən sonra güclənmişdir.

1985-ci ildə il Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Daşnaksutyun” partiyasının XXIII qurultayında "Ermənistanın ərazisinin genişləndirilməsi"  məsələsi müzkirə olunduqdan sonra,  ermənilərin Türkiyə və Gürcüstana qarşı ərazi iddialarının gerçəkləşməsi uğrunda tədbirlərin həyata keçirilməsindən qabaq, əvvəlcə Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistana birləşdirilməsi istiqamətində işlərin aparılması qərara alınmışdır.

Bu plana müvafiq olaraq,1987-ci ildən başlayaraq Ermənistanda yaşayan azərbaycanlıların kütləvi sürgünü başlandı – öz ata yurdlarından 200 mindən çox insan didərgin salındı. Ermənistan və DQMV-də fəal şəkildə qanunsuz erməni hissələrinin dəstəyi ilə erməni yaraqlıları bölgədə intensiv hərbi əməliyyatlar təşkil etdi. Daha sonra savaş muxtar vilayət hüdudlarını aşdı, 1994-cü ilin ortalarına, DQMV-dən əlavə, Azərbaycanın daha 7 rayonu işğala məruz qaldı. Ermənistandan və Azərbaycanın öz ərazilərindən didərgin salınmış soydaşlarımızın sayı milyon nəfərə çatdı. Evsiz və torpaqsız qoyulmuş milyon insan!

Müharibə vaxtilə çiçəklənən diyara dağıntılar, viranəlik və geriləmə gətirmişdir.  İşğalın törətdiyi humanitar fəlakətlə yanaşı, təcavüzkarların vandalizmi və soyğunçuluğu nəticəsində minlərlə ev, sənaye və kənd təsərrüfatı müəssisəsi, sosial yönümlü obyektlər, azərbaycan xalqının maddi və mədəni abidələri məhv edilmişdir.

Bu günün siyasi reallıqları

O zamandan artıq 20 il ötmüşdür, lakin Qarabağdakı vəziyyət dəyişməz olaraq qalır. Demək olar ki, bütün beynəlxalq təşkilkatların – BMT-nin, Avropa Şurasının, ATƏT-in Ermənistana ünvanladıqları və separatçı hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən çoxsaylı qərarlarına rəğmən, bu dövlət beynəlxalq hüququn tələblərinə nümayişkaranə şəkildə məhəl qoymamaqda davam edir. Son illər ərzində ATƏT və onun Minsk Qrupunun üzv ölkələri rəhbərlərinin vasitəçiliyi ilə keçirilən bütün səviyyəli iki və üçtərəfli görüşlər yenə də erməni tərəfinin qeyri-konstruktiv mövqedən geri çəkilmədiyini, apardığı siyasətin ağır fəsadlarını görmək iqtidarında olmadığını göstərir.

Erməni tərəfinin gündəmdə saxlamaq istədiyi və onların himayədarlarının guya ciddi bir iddia saydığı məsələ Helsinki Yekun Aktında qeyd olunan güc tətbiq etməmək, ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyinetmə prinsiplərinin vəhdətinə göz yumaraq, məhz öz müqəddəratını təyinetmə prinsipini qabartmağa çalışır, halbuki, heç bir beynəlxalq hüquq normasında öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunması nəzərdə tutulmamışdır. Erməni tərəfinin bu demaqoq iddialarını hüquqi cəhətdən tam əsassızdır. Və, əgər söhbət Helsinki Yekun Aktındakı üç prinsipin vəhdət təşkil etməsindən gedirsə, Ermənistan bu prinsiplərin ən azı ikisini kobud şəkildə pozmuşdur – o, Qarabağı hərbi yolla işğal etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünü pozmuşdur.

Ədalət Partiyasının mövqeyi

Yenə də vurğulayırıq ki, öz müqəddəratını təyinetmə prinsipi, bütün beynəlxalq normalara əsasən, digər iki əsas prinsiplə yanaşı, müəyyən ərazidə yaşayan etnosun öz dövlətini qurmaq hüququna malik olduğunu ifadə edir.

Erməni xalqı öz müqəddəratını artıq Ermənistan Respublikası dövləti çərçivəsində həll etmişdir və digər dövlətin ərazisində təkrarən müqəddəratını təyin edə bilməz. Erməni tərəfinin məntiqindən çıxış etsək, ermənilərin kompakt məskunlaşdığı  hər ölkədə - Rusiyada, Fransada, ABŞ-da, Argentinada, Gürcüstanda müstəqil erməni dövləti yaradılmalıdır. Bu iddianın nə dərəcədə sərsəm və müasir dünya reallıqlarına zidd olması göz qabağındadır.

rməni tərəfinin ortalığa atdığı yeni bir versiya – “Dağlıq Qarabağ və Ermənistan erməniləri müxtəlif xalqlardır və bu səbəbdən Qarabağ erməniləri öz müqəddəratını mövcud erməni dövləti olan Ermənistana köçməklə yox, müstəqil dövlət sayılacaq Dağlıq Qarabağ Respublikası yaratmaqla həll etməlidir, halbuki DQMV-nin erməni əhalisi bu ərazinin xalqı yox, məskunu sayılmalıdır. Buna baxmayaraq, bu yaxınlarda Minsk Qrupunun ABŞ həmsədri C.Uorlik yenə də məsələnin hər iki - “Ərazi bütövlüyü - Öz müqəddəratını təyinetmə” prinsipləri əsasında həll ediləcəyi haqda bəyanat vermişdir, bu da nə hüqüq, nə məntiq, nə ədalət baxımından anlaşılan deyil.

Beləliklə, bu gün real vəziyyət ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun 20-illik fəaliyyəti Qarabağ probleminin çözülməsində heç bir nəticə hasil etməmişdir. Qrupun üzvü olan üç dövlət rəhbərlərinin ayrl-ayrrılıqda təşkil etdikləri üçtərəfli görüşlər və danışıqlar da Ermənistanı tutduğu qeyri-konstruktiv mövqedən yayındıra bilməmiş, bu görüşlərin və danışıqların faydasız olduğunu sübut etmişdir.

Göz qabağındadır ki, ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində acizdir və həmsədr dövlətlərin maraqlarını beynəlxalq hüquq normalarından üstün tutur. Bundan başqa, ATƏT-in qərarları dövlətlər üçün hüquqi öhdəliklər yaratmır və tövsiyə xarakteri daşıyır. “Böyük Ermənistan” iddialarını reallaşdırmaq istəyən erməni millətçiləri  bu tövsiyələri qəbul etmir və etməzlər. Bunu nəzərə alaraq, Ədalət Partiyası hesab edir ki, Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində müzakirə olunması və həlli yolunun tapılması vaxtı çatmışdır!

Ədalət Partiyası Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar və məsləhətləşmələrdə Azərbaycan Respublikasının Qarabağ məsələsinin həlli yolunda atdığı siyasi addımları düzgün sayır və dəstəkləyir. Siyasi baxışlarından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bu məsələdə ölkə rəhbərliyinin yanındadır və həm qarşı tərəfə, həm vasitəçi dövlətlərə öz əzəli torpaqlarını istənilən vasitələrlə, o cümlədən hərbi yolla azad etmək əzmində olduğunu dünya ictimaiyyəti bilməlidir!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
2

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Şərhlər
perviz salihov tərəfindən 23-09-2014 16:37:08 tarixində yazıldı
oxuyan var ki, bəyənən olsun da...
oxuyan var ki, bəyənən olsun da...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru