Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2014
10:13
6997
Bakının mərkəzində ikitəkər gedən `Niva` - VİDEO

Bir neçə gün əvvəl Bakıda gecə yarısı «avtoş»luq edən «Niva» markalı avtomobillər barədə məlumat vermişdik. Bu dəfə isə daha bir «Niva»nın videosunu təqdim edirik. Sözügedən videonun çəkilmə tarixi dəqiq bəlli deyil. Bəlli olan budur ki, hadisələr Yasamal rayonunda – Hüseyn Cavid parkının qarşısında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin arasında cərəyan edir. Hüseyn Cavid prospekti ilə hərəkət edən «Niva» markalı avtomobil əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında ikitəkər qalxır. Bir qədər hərəkət etdikdən sonra Ədliyyə Nazirliyinin qarşısında geriyə hərəkət edir. Hansı ki, həmin ərazidə geriyə hərəkət qadağandır. Maraqlıdır ki, «Niva»nın bu hərəkətləri kamera ilə gizlin yox, açıq-aşkar çəkilir və çəkənlər də elə sürücünün tanışlarıdır. Deməli, onlar bunu əvvəlcədən planlaşdırıblar.

Ümumiyyətlə, son vaxtlar «avtoş»lar özlərini reklam etmək üçün belə çəkilişlər edərək sosial şəbəkələrdə yayırlar. Amma onlar hər ehtimala qarşı avtomobilin nömrəsini gizlin saxlayırlar. Məsələn, bu videodakı «Niva»nın arxa və qabaq nömrələri yerində deyil. Və həmişəki kimi, bu kadrlar da gecə yarısı çəkilib. Görəsən, gecə yarısı DYP-nin «Təhlükəsiz şəhər» kameraları işləmir, yoxsa özü?auto.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 02:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com