Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2014
09:49
Azərbaycan və Türkiyə HHQ-nin təlimlərindən FOTO və VİDEO görüntülər

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib. Təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13657

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12317

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13730

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13319

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18684

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13183

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru