Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2014
09:47
Bakıda yol polisi qaydaları belə pozur - VİDEO

Bəzən Dövlət Yol Polisinin (DYP) əməkdaşları özləri də qaydaları kobud şəkildə pozur, qəza şəraiti yaradır. Elə bu videodakı görüntülər də bunu bir daha təsdiq edir. Gördüynüz kimi, üzərində DYP yazılan 10-JN-008 dövlət qeydiyyat nişanlı evakuatorun sürücüsü Nizami küçəsi ilə hərəkətin əksinə getməyi qəhrəmanlıq hesab edir. Sentyabrın 20-də, saat 10-dan 13:00-dək bir neçə dəfə Nizami və Puşkin küçələrinin kəsişməsinə qanunsuz olaraq daxil olan evakuatorda polis əməkdaşı da olub və yol kənarında dayanan avtomobilləri evakuasiya ediblər.

Diqqət edin, eyni yerdə, eyni qayda pozuntusunu mütəmadi təkrar edir.

1) "Giriş qadağandır" nişanının tələbini pozur;

2) Arxa dövlət qeydiyyat nişanını məharətlə gizlədib

3) Qəza şəraiti yaradır

4) Hərəkət iştirakçılarına açıqca hörmətsizlik edir.

"Yol hərəkəti haqqında" Qanuna müvafiq olaraq, yalnız operativ nəqliyyat vasitələrinin hərəkət qaydalarından kənara çıxmaq səlahiyyəti var. Kommunal xidmətlərdə və yol işlərində istifadə olunan, üstündə sarı rəngli yanıb sönən xüsusi siqnalı olan nəqliyyat vasitələri isə yol xidməti ehtiyac olduğu halda yol nişanlarının və nişanlanma xətlərinin tələbindən kənara çıxa bilərlər. Amma evakuatorlar bunların heç birinə aid deyil, yəni onlar nə operativ nəqliyyat vasitələridir, nə də kommunal xidmət və ya yol tikintisi təyinatına malikdirlər. Ona görə də evakuatorların qaydaları pozması, nişanların tələblərindən kənara çıxması qadağandır. Buna yol verən evakuator sürücüləri adi sürücülər kimi cəzalandırılmalıdırlar./Avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3910

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 22:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru