Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2014
15:48
1741
Avtobusu `ikitəkər` sürən sürücü işdən qovuldu - FOTO

Bakıda daha bir sərnişin avtobusunun sürücüsü özbaşınalıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bir sıra kütləvi informasiya vasitələrində avtobus sürücüsünün sərnişinlərin həyatı ilə necə risk etdiyini əks etdirən fotolar yayılıb.

Yayılan fotoda göstərilir ki, 24 saylı sərnişin avtobusu içərisi dolu adamla birlikdə “şou” göstərir. Sürücü avtobusu yolun kənarında, hündür əraziyə qaldırıb. Beləliklə də, sürücü içərisi sərnişin dolu avtobusu "ikitəkər" sürür. Fotodan görünür ki, sürücü avtobusu elə vəziyyətdə sürür ki, maşın az qalır aşsın.

Məsələ ilə əlaqədar avtobusun sahibkarı ilə əlaqə saxladıq. Sahibkar Araz Mütəllibovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumatı yoxdur.

“Hazırda xəstəxanadayam. Bu barədə xəbərim yoxdur. Araşdıracağam və sürücü barədə tədbir görəcəyəm”, - deyə Araz Mütəllibov bildirib.

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin tabeliyində olan Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə artıq məlumatları var.

“Mənə o fotonu göndəriblər. Hazırda həmin saatda avtobusu idarə edən sürücünün tapılması istiqamətində araşdırma aparılır. Sürücü xətdən kənarlaşdırılacaq və bir də avtobus idarə etməyə buraxılmayacaq”, - deyə Elçin Nəsirov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru