Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2014
11:01
`10-OO-010` avtomobil nömrəsi kimə məxsusdur? - FOTO

Azərbaycanda əksər sürücülərin arzuladığı nömrə artıq satılıb. 10 OO 010 dövlət nömrə nişanı «Mersedes» markalı avtomobilin üzərindədir. Bununla bağlı sosial şəbəkələrdə foto da yayılıb.

Bu nömrəni bir müddət əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov alıb. Daha doğrusu, OO seriyasından bu nömrə ilk dəfə məhz V.Talıbovun oğluna hədiyyə olaraq verilib. Lakin o, bu nömrədən çox istifadə etməyib. Üstündən 2 ilə yaxın vaxt keçdikdən sonra OO seriyasından olan nömrə ilə Bakı küçələrində maşınlar gözə dəyir. Lakin bir məqamı xüsusi qeyd etmək lazımdır ki, OO seriyasından olan nömrə nişanını hər adama vermirlər. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin öz daxili «işi» və prinsipidir.

10 OO 010 dövlət nömrə nişanlı avtomobilin fotosunu təqdim edirik. /avtosfer

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com