Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2014
10:39
Polis rəisinin döyülmə xəbəri barədə rəsmi məlumat

FaktXəbər-in verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Səbayel rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisinin döyülməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Qurumdan bildirilib ki, mətbuatda Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun döyülməsi ilə bağlı mətbuatda gedən məlumatlar tamamilə əsassızdır: “Mühafizə Polisi əməkdaşının avtomobilinin yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması da həqiqətəuyğun deyil. Şöbə rəisinin döyülməsi ilə bağlı mətbuatda yayılan məlumat tərəfimizdən təkzib olunur. Rəsmən bildiririk ki, belə hal baş verməyib. Mətbuat işçilərindən xahişimiz odur ki, polislə bağlı hər hansı informasiyanı yaymazdan əvvəl polisin mövqeyi öyrənilsin. Belə hallar cəmiyyətdə çaşqınlıq yaradır”.

Qeyd edək ki, ötən gün bəzi KİV-də Bakı şəhəri Səbayel rayonunda polislərin iştirakı ilə insident yaşanması barədə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbayel rayonunda yerləşən cərimə meydançasına aparılıb. DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbayel rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib. Nəticədə polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib. Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43992

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42277

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48933

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43721
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-10-2020 01:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru