Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2014
15:46
Sosial yardım alanların sayı azalıb

Ölkədə əhalinin sosial-iqtisadi problemlərinin həlli, habelə sosial yardımların ünvanlılığının təmin edilməsi istiqamətində aparılan məqsədyönlü işlər ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının getdikcə azalması ilə müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2014-cü ilin 01 sentyabr tarixinə respublika üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 502 ailə təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9059 ailə, yəni 7,1 faiz azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 manat, yəni 11,7 faiz artaraq 136,06 manata çatıb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Qeyd edək ki, ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
70

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
361

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
230

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
254

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
263

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
463
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru