Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2014
11:45
1025
Avtobus sürücüləri üsyan etdilər: `bu marşrut yiyəsinin nökəri deyilik`

215 saylı marşrutla hərəkət edən avtobus sürücülərinin çoxu "üsyan"a başlamışdılar.

Bu marşrutla Masazırdan "Memar Əcəmi" metrosunadək hərəkət edən 16 avtobusdan cəmi 6-sı yola çıxmışdılar. Avtobus sürücülərinin dediklərinə görə, onların canları boğazlarına yığılıb.

"Sentyabrın 15-dək bir avtobusdan alınan "plan pulu" 120 manat idi. Amma sonra dedilər ki, sentyabrın 15-dən plan 10 manat artırılır. Yəni əvvəlkidək 120 manat yox, hər gün 130 manat verməliyik. İndisə planı 150 manatadək qaldırıblar. Buna görə də sürücülərin çoxu tətil edib. 16 sürücüdən cəmi 6 nəfər işə çıxıb. Buna görə də dayanacaqlara vaxtından gec çatırıq. Şəxsən mən işə bir şərtlə çıxmışam ki, axşam plan pulu kimi 120-130 manat verəcəyəm. 150 manat vermək fikrim yoxdur.

Əgər onların dedikləri planı versəm, bu pullardan mənə heç nə qalmır. Mən bu marşrut yiyəsinin nökəri deyiləm".

Vəziyyətə aydınlıq gətirmk üçün 215 saylı avtobuslar dəstəsinin rəisi, İlqar adlı şəxslə əlaqə saxlamağa çalışsaq da, onun mobil telefonu söndürülmüşdü.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə zəng vurduqda isə aldığımız cavab bu oldu ki, xidmətin rəhbəri Namiq Həsənov müalicədədir, işdə deyil.

Mətbuat xidmətinin xanım əməkdaşı bizi dinlədi və məsələ barədə N.Həsənova məlumat verəcəyini dedi.

215 saylı marşrutun sahibi iş adamı Habil Əliyevdir. O, əməkdaşımızla söhbətində gündəlik planın 150 manata qaldırılmasını qətiyyətlə təkzib etdi.

"Bütün avtobuslar işləyirlər. Avtobusların gecikməsinin səbəbi isə Bakı-Sumqayıt yolunda səhər və axşam saatlarında yaranan tıxaclardır. Mənə sərnişinlərin narazılıqları barədə məlumat verdilər. Bir daha təkrar edirəm ki, gecikmənin səbəbi tıxaclardır. Plan əvvəlki təki 130 manatdır. Əksinə, əvvəllər gündəlik plan 150 manat idi, mən bu məbləği azaltdım. Planın məbləğini mən müəyyənləşdirirəm və bu məsələyə kimsə müdaxilə edə bilməz", - H.Əliyev dedi.

Onun sözlərinə görə, bir avtobusun qiyməti 80 min manatdan artıqdır. Avtobusla bağlı gündəlik bank xərcləri 95 manatdır. Üstəlik sürücülərə maaş vermək, təmirə pul ayırmaq gərəkdir./day.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
45

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
597

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
432

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
449

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
494

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
523

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
497

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1096
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru