Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
17:25
`Hörmət edib qadının burnunu sındırdım` – VİDEO

Məhərrəmov velosipedi qadının üstünə sürüb. Sumqayıt ŞPİ əməkdaşları xuliqanlıqda təqsirləndirilən Samir Məhərrəmovu həbs ediblər. Saxlanılan şəxs bir neçə nəfərə xəsarət yetirməkdə təqsirləndirilir.

İlkin araşdırma zamanı məlum olub ki, o, 12-ci mikrarayon ərazisində idarə etdiyi velosipedi şəhər sakini Həbibə Alverdiyevanın üstünə sürüb. Qadının onun hərəkətinə etirazı Samir Məhərrəmovun xoşuna gəlməyib. Onu söyən qadını vurub. Nəticədə qadın yerə yıxılıb.

Müəyyən olunub ki, Samir Məhərrəmov hadisədən 2 gün sonra 30 saylı məktəbin qarşısında zərərçəkənin oğlunu bıçaqlayıb.

Bundan başqa, saxlanılan şəxs mübahisə etdiyi Sumqayıt sakini  Əhmədov Faiq İsa oğlunun başına pivə butulkası vuraraq ona az ağır xəsarət yetirib.

Saxlanılan şəxs törətdiyi əməllərinə görə peşman da deyil.

Hərbi xidmətdə olarkən nizam-intizamı kobud şəkildə pozduğu üçün cinayət məsuliyyətinə cəlb olunan Samir Məhərrəmov məntəqə tipli cəzaçəkmə müəssisəsində 2 il cəza çəkib.

APA.TV
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
387

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru