Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
14:57
`Dini mərasimləri qeydiyyatı olan din xadimləri həyata keçirə bilər`

Dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər.

“Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib. Neçə əsrdir, İslam bizim dinimizdir, ona görə də kimsə bura gəlib missionerlik edə bilməz. Azərbaycan missionerlik üçün yer deyil”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakının Yasamal rayonunda dindarlarla keçirdiyi görüşdə deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, kim dini təbliğatla məşğul olmaq istəyirsə, bunu dünyəvi dinlərə malik olmayan xalqlar, tayfalar içərində aparsın.

O, İslam dini arasında bölücülük yaratmaq istəyənlərin isə faktiki olaraq İslama zərbə vurmaqla məşğul olduqlarını bildirib.

Komitə sədri dini mərasimlərin keçirilməsinə də toxunub.

M. Qurbanlı deyib ki, ölkədə dini mərasimləri qanunvericilikdə də nəzərdə tutulduğu kimi ancaq din xadimləri icra edə bilərlər: “Bu dünyanın hər yerində belədir. “Dini etiqad azadlığı haqqında” qanunda aydın göstərilib ki, dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər. Kimsə özünü din xadimi adlandırıb bu işi görürsə, özünü hansısa dini mərasimin başçısı elan edirsə bu, artıq qanun pozuntusudur. Bu özünü yalandan həkim, polis elan etmək kimi bir şeydir və qanunsuzdur. Ona görə də dini ayinləri, dini mərasimləri yalnız qeydiyyatı olan din xadimləri keçirə bilər və keçirməlidirlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
270

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 01:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru