Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
10:22
2497
Məleykə Abbaszadə və Mikayıl Cabbarov birgə komissiya yaratdı

Təhsil Nazirliyi kolleclərdə qanunsuz tələbə qəbulu ilə bağlı halların yoxlanılması üçün TQDK ilə birgə işçi komissiya yaradıb 

Nazirlikdən FaktXəbər-ə bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində anti-korrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı bir sıra məlumatlar yer alıb. Bu məlumatlarda hüquqa zidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır. 

Bildiririk ki, istər birinci, istərsə də ikinci hal Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilmiş və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilib. Həmçinin, Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiya yaradıb.

Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin daha düzgün məlumatlandırılması, şəffaflıq və qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq istinad edilməsini təqdir edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
251

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1866

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
397

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1335

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
467
Şərhlər
Sibel M-li tərəfindən 17-09-2014 05:58:15 tarixində yazıldı
Məleykə Abbaszadə və Mikayıl Cabbarov
Bizim instut buna gore baglandi ama kocurmurler hecyere
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 07:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru