Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2014
15:46
1568
`Miniopsis ağcaqanadları Xəzərdə qalsa, nərəkimi balıqlar məhv olacaq`

"Xəzər dənizində 127 növ balıq var. O cümlədən dünyanın ən məşhur nərə balıqlarının 5 növü var. Onlardan qayabalığı "Qırmızı Kitab"a da salınıb. Bütövlükdə 5 növün hamısı ovlanması və satılması qadağan olunan siyahıya salınıb". Bunu "Davamlı İnkişaf Cəmiyyəti" İctimai Birliyinin sədri, biologiya elmləri namizədi Fikrət Cəfərov deyib.

Onun sözlərinə görə, Xəzərin bioresursları həddən artıq azalıb.

"Nərə balıqlarının populyasiyası 30-40% aşağı düşüb. Nərəkimi balıqlar çox gec yetişirlər. Ən tez yetişən uzunburundur ki, onun da kürü tökməsi üçün ən azı 4 il lazımdır. Ağbalıq isə 8-10 ilə kürü tökür. Azalmanın qarşısının alınması üçün yeganə variant budur ki, nərəkimilərin ovlanmasına moratorium qoyulsun və dənizdəki miniopsis ağcaqanadının məhv edilməsi üçün tədbirlər həyata keçirilsin. Miniopsis Xəzərdə qalsa, planktonla qidalanan balıqların hamısı məhv olacaq. Həmçinin, Azərbaycanda balıqçılıq təsərrüfatını genişləndirmək, süni yolla balıqlar yetişdirmək üçün tədbirlər həyata keçirmək lazımdır".Modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
256

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1876

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
402

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1341

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
471
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru