Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2014
14:57
Yol polisi valideynlərə müraciət etdi: `Bu eybəcərlikdir`

Bəzi valideynlər uşaqlarını məktəbə "toy karvanı"nda olduğu kimi bəzədilmiş avtomobillərdə gətirirlər. Bunu Trend-in yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtdakı vəziyyətlə bağlı sorğusunu cavablandırarkən Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hətta avtomobillərin sayı "toy karvanı"nda olduğundan da çox olur: "Bəzən məktəbə gedən şagirdi 15-20 avtomobil müşayiət edir. Bunun nəticəsidir ki, çoxsaylı nəqliyyat vasitələrinin küçə və prospektlərdə icazə verilməyən yerlərdə saxlanılmasına rast gəlirik. Bu isə yollarda hərəkəti demək olar ki, iflic edir. İndi belə çıxır ki, hər bir metrdən bir yol polisi durmalıdır ki, qanunsuz dayanma-durma hallarının qarşısını alsın? İnsanlar bunu özləri dərk etməlidir ki, bu, əslində anormallıq və eybəcərlikdir və onlar belə etməklə, digərlərinə böyük narahatlıq yaradırlar. Onlar anlamalıdırlar ki, uşaq əsgərliyə yox, məktəbə dərsə gedir və cəmi bir neçə saatdan sonra yenidən evinə qayıdacaqhellip".

Şöbə rəisi əlavə edib ki, saat 11:30-a olan məlumata görə, Bilik Günü paytaxtda yüksək maddi ziyanın vurulması ilə müşayiət olunan 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzaları zamanı xəsarət alan olmayıb.

V.Əsədov həmçinin qeyd edib ki, Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə səhər saatlarında müşahidə olunan sıxlıq artıq azalmaq üzrədir. Əksər yollarda hərəkət normallaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3968

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru