Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2014
11:21
Dini geyimdə Hacı Zeynalabdin Tağıyev modeli… - FOTO

"Din xadimlərinin geyimi haqda son qərar verilərkən mərhum xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyimləri nümunə kimi götürüldü. Hacı Zeynalabdin Tağıyev müqəddəs Həcc ziyarətində olub, dini qaydalara və Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun geyinib".

"Qafqazinfo" xəbər verir ki, bunu "Media forum" saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. "Vaxtilə geydiyi geyimlər kənardan baxanda onun müsəlman olduğunu dərhal söyləməyə imkan verib. Ona görə də Hacı Zeynalabdin Tağıyevin geyimləri bir nümunə olaraq götürüldü. Onun məşhur fotolarında əks olunan geyimə və papağa uyğun olaraq din xadimləri üçün vahid geyim, həmçinin papaq hazırlandı.

Ən əsası isə əbanın uzun olmamasına qərar verildi. Çünki əba uzun olanda onunla bütün məclislərə getmək olmur, uzun əba daha çox məsciddə geyinib minbərə çıxmaq üçündür. Din xadimlərimizin müxtəlif məclislərə, ictimaiyyət arasına rahat çıxmasına imkan verə biləcək bir geyim forması seçdik. Nəticədə sırf Azərbaycana məxsus olan, müstəqil ölkəmizin din xadimi üçün nəzərdə tutulan geyim ərsəyə gəldi. Diqqətlə baxan hər bir şəxs görə bilər ki, bu geyimlərdə heç bir ölkənin din xadiminin geyimi imitasiya olunmayıb. Ola bilər, hansısa element başqa ölkənin din xadiminin geyiminə müəyyən qədər oxşasın, amma bütövlükdə götürdükdə bu geyimlər yalnız müstəqil Azərbaycanın din xadiminə məxsus bir geyimdir. Hamı da bunu bəyənib".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52927

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52578

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52260

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51921

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 11:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru