Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2014
10:32
Polis Cəlilabadın kəndini nəzarətə götürdü

Sentyabrın 9 – dan 10 – na keçən gecə Cəlilabad rayon Maşlıq kəndində baş vermiş qətldən sonra, polis kənddə keşik çəkir. 

Öldürülən Həbib Şahbazovun yaxınları qisas məqsədi ilə onu öldürən Elman Həsənovun evinə bir neçə dəfə hücum ediblər. Hətta hücumlardan birində Elman Həsənovun qardaşı Orxan Həsənov möhkəm döyülüb. Artıq Həbib Şahbazovun Rusiya Federasiyasında yaşayan qardaşları da yas mərasiminə gəlib. Bununla bağlı Elman Həsənovun ailəsi təhlükəsizliklərinin təmin olunması üçün polisə müraciət ediblər. 

Hal – hazırda polis kənddə keşik çəkir. Elman Həsənovun qardaşı, Orxan Həsənov isə qarşı tərəfdən gizlədilir. 

Xatırladaq ki, senyabrın 9 – dan 10 – na keçən Cəlilabad rayon Maşlıq kəndində qətl hadisəsi qeydə alınmışdı. Münaqişə zəmnində kənd sakini 1991 – ci təvəllüdlü Elman Elçin oğlu Həsənov, həmkəndlisi 1991 – ci il təvəllüdlü Həbib Beytulla oğlu Şahbazova çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib. Könüllü polisə təslim olan Elman Həsənov istintaqa ifadəsində Həbib Şahbazovu öz evində yaxaladığını bildirib. (aznews.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4926

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru