Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2014
14:35
1636
Erməni qəzeti: Sarkisyan Qarabağı Azərbaycana qaytaracaq

İqtisadi vəziyyət çox acınacaqlı vəziyyətdədir”.

İki partiyanın liderləri Levon Ter-Petrosyan və Qaqik Sarukyan ümumerməni etiraz mitinqinin keçiriləcəyi vaxt barədə razılığa gəliblər. Mitinqdə həmçinin 4 müxalifət partiyası nümayəndələrinin də iştirakı nəzərdə tutulub. 

Bu barədə Ermənistanın “168 Jam” qəzeti yazıb və qeyd edilib ki, mitinq 17 oktyabr tarixində baş tutacaq. 

Əvvəlcə güman edilirdi ki, mitinq 10 oktyabrda keçiriləcək. Amma həmin gün Ermənistanın Avrasiya İttifaqına qoşulması haqqında məsələyə aydınlıq gələcək. Belə bir təsadüf Moskvada narazılığa səbəb ola bilər. Ona görə etiraz aksiyasını növbəti həftəyə keçirmək qərarı verilib. Nəşr qeyd edir ki, açıq şəkildə hələ ki, heç kim demir ki, indiki vəziyyət hakimiyyətin dəyişməsinə səbəb ola bilər. 

Birincisi Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlı vəziyyətdədir. Bundan başqa, artıq açıq danışılır ki, Sarkisyan seçim qarşısında qala bilər. Prezident ya müxalifətin hazırladığı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə sənədi imzalayacaq, ya da istefaya gedəcək. 

Nəşr bildirir ki, bu sənəddəki bəzi bəndlər münaqişənin həlli üçün Ermənistanı Azərbaycana ərazi güzəştlərinə getməyə məcbur edir. 

Serj Sarkisyan isə öz növbəsində əllərini sallayıb oturmur. O, konstitusion islahatlar keçirmək istəyir.

Erməni qəzetinin yazdığına görə, bu islahatlar Sarkisyana ölkənin baş naziri olmaq və öz yerinə simvolik dövlət başçısı təyin etmək, nəticədə isə uzun illər böyük səlahiyyətlər icra etməyə imkan yaradacaq. Bu qarşıdurmada kimin qalib gələcəyi isə görünür Ermənistan küçələrində həll olunacaq./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
609

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru