Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2014
17:04
Sağlamlıq imkanları məhdud məktəblilərə maddi yardım ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 15 sentyabr – Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən mləumatda deyilir.

ƏƏSMN-nin müvafiq Əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1 535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir.

Bununla əlaqədar ayrılmış vəsaitin aidiyyatı üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Qeyd edək ki, həmin ailələrdən 1 411-i tərkibində 2 nəfər, 118-i tərkibində 3 nəfər, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşaq olanlardır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru