Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2014
09:40
Yol polisi qeyri-adi cəriməyə aydınlıq gətirdi (VİDEO)

Kütləvi informsiya vasitələrində Bakının mərkəzi küçələrində yol bağlı ola-ola polisin vətəndaşları piyada keçidindən istifadə etmədikləri üçün cərimə etməsi videosu yayılıb.

Hadisə “Nizami” kinoteatrının qarşısındakı yolda baş verib. Yol bütün istiqamətlərdə bağlı olduğundan və təbii olaraq, nəqliyyatın həmin ərazidə hərəkəti dayandırıldığından yol polisi piyada keçidinin yanında duraraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yolda təmir işləri getsə belə əgər piyada keçidi varsa, piyadalar keçiddən keçməlidirlər, əks halda onlar cərimələnəcək.

Kamran Əliyevin sözlərinə görə, fərqi yoxdur orada yol bağlıdır, ya da bağlı deyil, vətəndaşlar bilməlidir ki, qanun hamı üçün eynidir.

Bir sözlə piyada istənilən anda diqqəti yola kökləməlidir. Keçid varsa, işini möhkəm tutmalıdır, əks halda 20 AZN cəriməni göz önünə almalı olacaq./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3508

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru