Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2014
14:28
1009
Fransa qondarma Dağlıq Qarabağ Respublikasını tanıyır

«Fransa prezidenti Fransua Olland «DQR» rəhbərliyinin Qarabağ problemin həlli üçün danışıqlarda iştirak etməsi məsələsində Ermənistan və Azərbaycan prezidentlərinin razılığa gəlməsi üçün görüşün təşkilində əlindən gələni edəcək».

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə jurnalistlərlə görüşündə  Avropa Birliyi Parlament Assambleyasının vitse-prezidenti, Fransa Parlamentinin  deputatı, erməni-fransız parlamentlərarası dostluq qrupunun sədr müavini, Alforvil şəhərinin sabiq meri Rene Ruke deyib.

Onun sözlərinə görə, fransa nümayəndəliyinin əsas missiyası avropalı və fransız siyasi xadimlərini «Dağlıq Qarabağ»a aid məsələlərdən xəbərdar etməkdir: «Bizim əsas vəzifəmiz Avropa Birliyi Parlament Assmableyasında, həmçinin ATƏT-də  erməni nümayəndə heyətini  dəstəkləmək, «Dağlıq Qarabağın» gələcəkdə də  erməni torpağı (??) olaraq qalması və niyə də olmasın, müstəqil dövlət kimi tanınmasıdır».

Fransalı deputat  həmçinin tez-tez qondarma Dağlıq Qarabağ Respublikasına  getdiyini və oranın rəhbərliyi ilə yaxşı əlaqədə olduğunu da bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
612

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru