Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2014
10:32
Almaniya həyəcan içində: Vəhabi `polislər` küçələrdə keşik çəkir - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, özlərini «şəriət polisi» adlandıran vəhabilər Almaniyanın Vuppertal şəhərinin  küçələrində patrul keşiyi çəkirlər. Hələ cümə günü iştirakçılar  özlərinin gecə reydləri ilə bağlı internetə video yerləşdiriblər, artıq bir gün sonra bu, AFR hökumətinin kəskin reaksiyasına səbəb olub.

Vəhabilər yeni düzənlə bağlı 30 min müsəlmanın yaşadığı küçədə çağırış edirlər. Qeyd edək ki, son zamanlar almanların da terrorçulara qoşularaq Suriya və İraqda döyüşdünü nəzərə alan ölkənin kəşfiyyat idarəsi vəhabilər nəzarətində saxlayır. Hökumət onların vətənə qayıtdıqdan sonra baş verəcəklərdən narahatdır.

FaktXəbər-in bildirdiyinə görə, özlərini «şəriət polisi» adlandıran vəhabilər narıncı jiletlər geyinir. Vuppertal küsələrində  onlar barları, kazinoları, gecə klublarına nəzarət edir, ziyarətçilərlə söhbət aparır, onlara siqaret, alkoqollu içkilər və narkotikdən istifadəni dayandırmağa çağırırlar.

Hökumət bunu  sələfilərin öz sıralarına adam toplamaq cəhdi kimi qiymətləndirirlər.

«Heç kəsə  alman polisinin adını ləkələmək ixtiyarı verilməyib», - deyə DİN rəbəri  Tomas de Meyzyer bildidib.

Ədliyyə Naziri  Hayko Maas isə öz növbəsində vurğulayıb ki, hüquq və qanunların qorunmasına yalnız hökumət cavabdehdir: «Heç bir qeyri-qanuni «paralel ədliyyəyə» biz dözüm göstərə bilmərik».

Hökumət ikinci mərhələdə vəhabilərin öz təbliğatları üçün radikal addımlar atacağından narahatdır.

Xatırladaq ki, bir neçə müddət əvvəl öz şəxsiyyət vəsiqələrini hazırlayan İŞİD üzvlərinin bu dəfə özlərinə adi yol polisi təşkilatı qurduqları haqqında sənəd yayılıb.

Dubaylı jurnalist Cenan Musa tərəfindən tvitter hesabında paylaşılan fotoşəkil qısa müddət ərzində internetdə bir çox xəbər saytlarında və forumlarda yayımlanıb.

Əllə yazılmış olan sənədin Suriyada 2013-cü ildə ələ keçirilən Raqqa şəhərində hazırlandığı diqqət çəkir. İlk sətirdə “İraq və Şam İslam Dövləti (Suriya)” yazılan sənəddə “İslam polisi, yol polisi idarəsi” sözləri də yazıllıb.

Cəza sənədi sürücünün avtomobilini əks istiqamətdə gələn avtomobillərin yolu ilə sürməsinə görə yazılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47199

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45410

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47010

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46620

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52181

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46312

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46736
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 00:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru