Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2014
09:41
3340
Avtoşların ŞOK qəzası: sürücü maşından asfalta çırpıldı - BAKIDA - VİDEO

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin Kameraları vasitəsilə qeydə alınan hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Kadrlardan görünür ki, ağ rəngli «VAZ-2107» markalı nəqliyyat vasitəsi sağ tərəfdən Rəşid Behbudov küçəsinə daxil olub və üzü «Təzə bazar» istiqamətə getmək istəyir. Lakin bu anda Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkət edən boz rəngli minik maşını «07»nin ön tərəfindən vurub onu yerindən oynadır.

Kadrlara diqqətlə baxdıqda görürük ki, «07»nin getliyi istiqamətdə svetoforun yaşıl işığı yanır. Amma kamera fırlandığı üçün yaşıl işığın sönüb-sönmədiyi görünmür. Bir qədər də diqqət etdikdə isə daha dəşhətli mənzərə ortaya çıxır. Məlum olur ki, «07»ni vuran avtomobil qırmızı işıqdan keçir. Elə onun yanındakı ağ rəngli «Niva» da eyni hərəkəti təkrar edir. Səbəb isə sadədir; onlar avtoşluq edirlər və bir-biri ilə yarışa çıxıblar. Onların sürətlə hərəkət etdiyi və sağdan və soldan ötüb keçməyə çalışdıqları açıq-aydın görünür./Avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
291

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
177

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
261

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
193

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
205

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
188

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
210
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru